Arxa keçiddən (arxa dəlikdən — tərs.) əlaqənin haram edilməsi.Arxa keçidindən çinsi əlaqədə olmaq haramdır. Bu barədə olan hədislərdən bəzilərini göstərək:
Birinci: Ummu Səlmə (r.a) demişdir:
«Muhacirlər Mədinəyə ənsarların yanına gəldilər. Onların qadınları ilə evləndilər. Muhacirlərin qadınları əllərini yerə qoyardılar, ənsarlarsa yox. Bir muhacir kişi ənsarlardan olan arvadını buna məcbur etmək istədi. Arvad bunu rədd etdi. Xəbər gedib Peyğəmbərə (sa.s) çatdı. Arvad Peyğəmbərin (s.a.s) hüzuruna gəlsə də bu barədə danışmağa utandı. Məsələni Ummu Səlmə açıqladı. Onda bu ayə nazil oldu: «qadinlarınız sizin (övlad
əkdiyiniz) tarlanızdır. öz tarlanıza hansı tərəfdən istəyirsiniz girin»
(ƏL-BƏQƏRƏ, 223). Peyğəmbər (s.a.s) dedi: «Yox, yalnız bir yerdən, yəni qadının cinsiyyət üzvündən» (normal yoldan olmaq üzrə hər cür əlaqə şəklinin mümkünlüyünü söylədi).
İkinci: İbn Abbasın (r.a) hədisi:
«Ömər bin Xəttab Peyğəmbərin (s.a.s) yanına gəlib dedi:
— Ya Rəsulullah! Əldən düşdum.
Peyğəmbər (s.a.s) soruşdu:
— Nədən əldən duşdun sən?
— Bu gecə miniyimi dəyişmişəm (xanımımı uzu ustə yatıraraq əlaqədə oldum).
Peyğəmbər (s.a.s) cavab vermədi. Ona bu ayə nazil oldu: «qadinlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. öz tarlanıza hansı tərəfdən istəyirsiniz girin»
(ƏL-BƏQƏRƏ, 223). Sonra dedi: «Qabaq və arxa tərəfdən. Amma arxa dəlik ilə və aybaşı olan qadınla əlaqədən çəkin».
Üçüncü: Xüzeymə bin Sabitin (r.a) hədisi:
«Bir kişi Peyğəmbərdən (s.a.s) qadınların arxası ilə əlaqəsi və ya ərin öz arvadı ilə onun arxası ilə əlaqədə olması barədə soruşdu. Peyğəmbər (s.a.s) dedi ki, halaldır. Kişi getmək istəyirdi ki, onu çağırıb və ya çağırtdırıb soruşdu.
— Necə dedim? İki deşiyin hansına? Qabaqdan yoxsa arxadan? Kişi dedi ki, bəli, qabaqdan yoxsa arxadan?
— Yox, Allah haqqı deməkdən utanmaz. Qadınlarınızla arxa ilə əlaqədə olmayın».
Dördüncü: «Arvadı ilə arxa keçiddən əlaqədə olan kişiyə Allah nəzər yetirməz».
Beşinci: «Arvadlarla onların arxası ilə əlaqədə olan məlundur».
Altıncı: «Aybaşı olan qadınla və ya qadının arxası ilə əlaqədə olan, kahinin dediklərinə inanan adam Məhəmmədə gələn vəhyləri inkar etmiş olur».

1 Comments
Bəqərə surəsinin ayəsini niyə öz bildiyin kimi yazırsanki? Bunun nə qədər günah olduğunu bilirsən? Get aç Qurandan həmin ayəni tap oxu! Yox yox, sən onu oxumayacaqsan. Ən yaxşısı budur mən buraya yazım sən oxu.
ReplyDeleteBəqərə surəsi, ayə 223: (Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver!