Onu da qeyd etmək lazımdır ki, kişilərin həqiqi cinsi zəifliyi özlərinin və arvadlarının güman etdiklərindən cinsilərlə azdır. Daha çox bu vəziyyət kişinin yaş xüsusiyyətindən, onun arvadının seksuallıq cəhətdən uyğunluğundan, ailənin psixoloji iqlimindən və bir çox başqa səbəblərdən asılıdır. Bu göstərilənlər mütəxəssisləri cinsi pozuntunun xüsusi bir formasını — yalançı impotentliyi ayrıca olaraq qeyd etməyə vadar edir. Əslində bu güman olunan impotentliyin əsasını ərarvadın seksoloji nadanlığı, kişinin və qadının psixoloji fiziologiyasını düzgün başa düşməmək və bunun nəticəsində cinsi zəiflik haqqında uydurma, sayıqlama dərəcəsinə çatan, tərəflərdən birinin və ya hər ikisini şüurunda kök salmış fikirlər təşkil edir. Bu vəziyyətdə mütləq seksopatoloqa müraciət olunmadıqda ailə dağıla bilər və ər-arvadda belə bir inam yarana bilər ki, onlar həqiqətən "impotentlik səbəbindən" ayrılmışlar.
Bəzi gənclər hələ cinsi həyata başlamazdan çox əvvəl öz seksual imkanlarına inamı itirməyə başlayırlar. Bu fikir onlarda onanizmlə məşğul olduqları üçün özlərinin yararlı olmamaları mülahizəsindən formalaşır. Elə buna görə birinci, nikah gecəsindən əvvəl gənclərin əksəriyyəti bu "imtahandan" necə çıxacaqları haqqında çox fikirləşir, həmin imtahanı həm həyəcan və həm də qorxu ilə gözləyirlər. Bütün bunlar mütəxəssislərə gənc kişinin qadınla birinci intim əlaqə arzusunu, onun həqiqətən bu yaxınlığı istədiyindən daha çox, özünü yoxlamaq arzusu ilə əlaqədar olması barədə nəticə çıxarmağa imkan verir.
Bəzi gənclər cinsi əlaqəyə cürət etmirlər və həkimlərə 30-40 yaşlarında cinsi əlaqə debütantları məlumdur. Bəzən də gənc kişilər özlərini yoxlamaq məqsədilə kənarda yüngül əxlaqlı qadınlarla cinsi əlaqəyə əl ataraq özlərini zöhrəvi xəstəliklərlə yoluxdurmaq təhlükəsi qarşısında qoyurlar. Bunun bir çox səbəbləri ola bilər: birdən alovlanan şəhvət hissləri, mümkün ola biləcək uğursuzluq, qadının cazibəsi, alkoholun təsiri və s.

0 Comments