Subscribe Us

Yataqda utanmağa son: “Ayıb sözlər” siyahısı həm də müalicə üsulu imiş

 


Cütlükləri ən çox narahat edən məsələlər sırasında xüsusilə qadınların yataqda utanması ilk sırada dayanır. Mütəxəssislərə müraciət edən cütlüklərin problemləri araşdırılarkən məhz bu məsələnin öncüllüyü qeyd olunub. Xüsusilə gənc cütlüklər üçün aktual olan bu problem həllini tapmadığı təqdirdə hətta ayrılığa qədər aparıb çıxara bilər. Bu halda mütəxəssislər bir neçə müalicə üsulundan istifadə edir. 

Sevməyi öyrənmək İlk növbədə cütülüyün cinsi yaxınlaşması artırılır. Hər iki tərəf bir -birini oxşamağı, əzizləməyi, məsələn, masaj etməyi öyrənməlidir. Gün ərzində gül vermək, xoş sözlər söyləmək, mesaj yazmaq da bu sıraya daxildir.

 Şəfqətlə toxunuş Müəyyən bir mərhələyə çatdıqdan sonra cütlüyə sevgi ilə cinsəlliyi kombinə edəcək vəzifələr verilir. Bu mərhələdə cütlüyə başa salınır ki, sevgi və seks bir-birini tamamlamalıdır. Qadınlar seksdən həm də ona görə qorxur ki, kişilərin onlara ziyan vuracağını düşünürlər.Kişilərdə isə bu qorxu əsasən qadını təmin edə bilməyəcəyi təqdirdə aşağılanacağı ilə bağlı olur. Cinsi həzzin öyrədilməsi Bu mərhələ olduqca vacibdir və xüsusi diqqət tələb edir. 

Bu mərhələdə cütlüyün əsas problemi öyrənilir (məsələn, qadınlarda orqazm olmamaq, kişilərdə erkən boşalma) və buna uyğun olaraq müalicə üsullarından istifadə olunur.

 Ayıb sözlər siyahısı Nə qədər etiraf etməsələr də kişilər yataqda bu sözlərdən istifadəni xoşlayırlar. Qadınların buna reaksiyası isə əsasən mənfi olur. Ancaq mütəxəssislər münasibətlərin müəyyən mərhələsində bunun faydalı ola biləcəyi düşüncəsindədirlər. Qadın bu sözləri eşitdikcə tədricən yataqda utancaqlıq hissi də onu tərk edər. 

Erotizmlə tanışlıq Erotik materiallar cütlüyün seks qorxusunu aradan qaldırmağa yardım edir. Bir yerdə erotik filmə baxmaq utancaqlıq hissini də ortadan qaldıra bilər.

Post a Comment

0 Comments