"Zifaf" lugətdə hədiyyə mənasını ifadə edir. Bizdə necə "zifaf gecəsi" gəlinlərə hədiyyə olur yoxsa yox?
STOP!!! YENGƏ.
İnsan həyatında üç unudulmayan məqam olur: dünyaya gəlişi, toy gecəsi, və ölüm. Onlardan ikisi, yani dünyaya gəlişi və ölümü öz əlində olmur. Lakin toy gecəsinin gün və müddətini insan özü müəyyən edir.Toy gecəsi mühüm və əlamətdar oldugundan, hamı onu hər zaman xatırlaya biləcək səviyyədə keçirməyə calışır. Bu məsələyə xususi diqqət yetirən avropalılar öz yataqlarını oğul və ya nəvələrinə hədiyyə edir və bunu xoşbəxlik simvolu kimi qiymətləndirirlər.
Gəlin otağı şamlarla bəzədilir, gözəl ətirlər verilir. Təəssüflər olsun ki, bir çox yerlərdə bu məsələyə qədərincə diqqət yetirilmir. Etiraf etməliyik ki, müsəlman olmağımıza baxmayaraq, həyatımızın bu sahəsində nəzərə çarpacaq nöqsan və xoşagəlməz hallar var. Məsələn bir çoxları belə hesab edirki,cinsi yaxınlıq mütləq toy gecəsi baş verməli,sonrakı günlərə təxirə salınmamalıdır. Hətta bu işə nəzarət edəcək,daha dəqiq desək,insanın abır həyasını aparacaq YENGƏ XALA təyin edirlər. Belə bir adətin haradan qaynaqlandığı hələdə məlum deyil. Amma dinimizə,mənlik və qeyrətimizə zidd olduğunu dəqiq bilirik. Bir anlığa birinci dəfə qonaq getdiyiniz evdəki vəziyyəti nəzərə alaq.
İstər istəməz sıxıntı və utancaqlıq hissləri keçiririk. İndi isə özünüzü zifaf gecəsində əks cinsin nümayəndəsi ilə üz üzə qalan və ömründə bir dəfədə olsa kişi əli dəyməyən qızın yerinə qoyun. Sizcə nə etməli? Xoş sözlərlə könlünü alıb gələcək həyat barədə danışmaq lazımdır,yoxsa vaxt gecdir camaat bizi gözləyir deyib......
Səbirli olun!!!
Toy mərasimi başa catdıqdan sonra gəlin və bəy onlar ücün xüsusi hazırlanmış otağa gətirirlər. Bununlada tərəflərin uzun surən həsrətinə son qoyulur. Amma cütlük tam sərbəstlik əldə etsə də, toy gecəsinin özünə məxsus qayda qanunları oldugunu unutmamalıdır. Müsəlmanlığımızı nəzərə alaraq bu məsələyə xüsusi diqqət yetirməliyik.
*Evə daxil olduqdan sonra gəlinə qarşı artıq dərəcədə nəzakətli olun. Qorxmayın,bu sizin kişiliyinizə xələl gətirməz.
*Uzun sürən həsrətə son qoyulsada ,kişilər gətirdikləri gəlinin indiyədək yad kişi ilə belə bir yaxın münasibətdə olmadıgını nəzərə almalı və onları cinsi yaxınlığa məcbur etməməlidir.
*Əgər gəlin heyz halındadırsa,onunla yaxınlıq etmək əsla olmaz. Müddətin başa çatmasını və heyz qüsülu almasını gözləmək lazımdır.
*Cinsi yaxınlığa hazır olduqda belə,yenədə səbirli olmaq lazımdır.
*Toy gecəsi iki rükət namaz qılın,namazdan sonra Allaha dua edib, Ondan sizə sağlam və əməlisaleh övlad nəsib etməsini, həyatyoldaşınızın sizi sevib sadiq qalmasını diləyin.
*Tərəflərdən biri (xüsusi ilə xanımlar) cinsi yaxınlığı təxirə salmağı xahiş etdikdə xahişini qəbul etmək lazımdır və bu işdə israr etməyin. Eyni zamanda imkan daxilində xanımlar kişilərin müraciətlərinə biganə qalmamalı və onu xoşhal etməlidirlər.
*Zifaf gecəsindən etibarən gəlin cinsi yaxınlıqda oldugu təqdirdə süd, sirkə, keşniş, turş alma kimi qida məhsullarından isdifadə etməməlidirlər. Çünki qeyd olunan qida məhsulları ana bətninə düşən rüşeymin inkişafına mənfi təsir göstərir.

0 Comments