Subscribe Us

Seks həyatınız necədir? Günahkar yalnız siz deyilsiniz!...

Beyninizdəki suallara cavab axtarır, amma kimsəylə problemlərinizi paylaşa bilmirsinizsə keçin xəbərin ardına...
Seks həyatınız necədir?

Sual: Sevgilimlə uzun zamandir birlikdəyik. əlaqənin başlanğıcındasekslə məşğul olmaq bizə əyləncəli və həyəcanli gəlirdi, amma zaman keçdikcə sıxılmağa başladim. Çünki birlikdə yaşamağa və çox tez-tez cinsi əlaqədə olmaya başladiq. Bəzən gecələr yorğun olduğumu söyləyərək qaçmağa çalişiram, amma o zorla davam edir. Burada anormal olan odurmu, yoxsa mən?

Cavab: Sevgiliniz, cinsi doyuma çata bilməyən biri ola bilər. Bunun isə iki səbəbi var. Birincisi fiziki, digəri isə psixoloji səbəblər. Onu həkimə getməyə razı salmalısınız.

Sual: Həyat yoldaşimla təxminən bir il əvvəl evləndik. Сinsi həyatimiz olduqca hərəkətli idi. Ona qarşi olan istəyim həmişə çox olub. Amma son zamanlarda yatağa o yatmadan getmirəm, çünki canim sekslə məşğul olmaq istəmir! Aramizdaki soyuqluğun səbəbini bilmirəm!

Cavab: Mütəxəssislərin söylədiyinə görə cinsi həyatın davamlılığı cütlərin arasındakı ünsiyyətin qüvvətli olmasına bağlıdır. Danışaraq, dərdlərinizi paylaşaraq, kinoya gedərək, yoldaşlarınızla birlikdə söhbət edərək, macəra yaşayaraq ünsiyyətinizi qüvvətləndirə bilərsiniz. Yatağa hər yatdığınızda hökmən sekslə məşğul olmaq deyə bir qayda yoxdur.

Sual: Sevgilim çox sərt xarakterlidir! Amma onu çox sevirəm. Birlikdə çox hərarətli bir cinsi həyatımız var. Lakin yataqdakı sərt davranışları məni ondan həm soyudur, həm də zövq almama imkan vermir. O istədiyi bütün mövqeləri məni qane etmir. Nə etməliyəm?

Cavab: Anladığımız qədəriylə sevgiliniz yavaş hərəkət etməkdən və xəfif davranışlardan xoşlanmır. Sevgilinizin romantik tərəflərini yenidən ortaya çıxarmağa ehtiyacınız var. İlk addım olaraq onunla danışın və probleminizi bölüşün. Mövqeləri siz seçin və ön sevişməyi uzatmaq istədiyinizi söyləyin. Seks əsnasında söylədiyiniz sözlərlə və davranışlarla hərəkətlərini yavaşlada bilərsiniz. Göz təması qurmağa çalışın.

Günahkar yalnız siz deyilsiniz!
Əgər cinsi həyatla əlaqədar soyuqluq, istəksizlik kimi problemlər yaşayırsınızsa yalnız özünüzü günahlandırmayın! Çünki sizin cinsi həyatınızın istiqamətləndirilməsində kişinin təsiri böyükdür. Kişinin yanaşması, sizə duyduğu sevgi və bəyənilmə hissi sizin hisslərinizlə mütənasib olmalıdır. undan başqa ailədəki məsuliyyətinizin çox olması, həyat yoldaşınızdan dəstək görməmək, pis davranışlara məruz qalmaq kimi faktorlar da sizi cinsi həyatdan soyuda bilər.

Post a Comment

0 Comments