Subscribe Us

Ruhda, bədəndə, yataqda...

Çox vaxt həm qadın, həm kişi cinsi əlaqə əsnasında tam olaraq əlaqəyə konsentrə ola bilmir və bu da bəzi cinsi problemlər yarada bilir. Yatağa girərkən bütün düşüncələri yataq otağının xaricində buraxmaq lazımdır.

Buna bəzən "yatağa çılpaq girmək" də deyilir. Xoşbəxt bir cinsi həyat üçün yatağa çılpaq girmək lazımlıdır.
Yatağa girərkən bütün düşüncələrinizi dışarıda buraxın! "Yatağa çılpaq girmək"deyildiyində ağılımıza soyunmaq gələ bilir. Burada nəzərdə tutduğumuz yatağa paltarlarımızı çıxardaraq girmək mənasında deyil, mənfi düşüncələrimizi yataq otağının xaricində buraxaraq girməkdir.
Cinsi əlaqə qadın və kişinin paylaşdığı özəl bir andır və zatən çox da uzun sürməz. Əhəmiyyətli olan nə qədər sürürsə - sürsün cinsi həyatı tam mənasıyla yaşamaq, edilən hərəkətə konsentrə olmaq və ruhunla da, bədəninlə də orada olmaqdır.

Cinsi əlaqə yalnız cismani bir hərəkət deyil, bir-birini sevən və arzulayan iki şəxs arasında yaşanan çox xüsusi bir andır və cinsi əlaqədə adamın psixologiyası, o ankı ruh halı, cinsi əlaqə ilə əlaqədar mənfi duyğu və düşüncələrə sahib olub - olmadığı, adamın özünü və bədənini sevməsi, qarşısındakına olan duyğuları, əlaqədəki rəftarı mühüm rol oynayır.

Bütün bunları düşünərək yatağa gedən bir adam cinsi əlaqədən dad ala bilməyəcək. Bu səbəbdən cinsi həyatı yaşayacağınız zaman yalnız yaxşı şeylər düşünün, beyninizi qapadın və yalnız onunla keçirəcəyiniz gözəl anlara istiqamətlənin.

Eynilə duşa paltarlarımızı çıxardaraq girdiyimiz kimi, sevişmək üzrə yatağa da mənfi düşüncələrdən təmizlənərək girilməlidir. Necə ki, paltarlarla duş alındığında bədənimiz təmizlənməz, rahatlamazsa və yalnız islanırsaq, yatağa da mənfi düşüncələrlə girdiyimizdə toxunmanın və sevişmənin verdiyi həzzi duya bilməz, yalnız penis vagina birlikdəliyi olan bacarma və bacarılma şəklində cinsi birlikdəlik yaşanar. Bu da cinsi problemlərin meydana gəlməsinə və davam etməsinə yola açar.

Qadınlar bəzən cinsi əlaqə əsnasında o ana fokuslanmaq və həzz almağa çalışmaq yerinə, necə göründükləri, necə iy verdikləri, bədənlərinin kifayət qədər təmiz olub - olmadığı, partnyorunun onu cazibədar hesab edib-etmədiyini və s. mövzuları düşünə bilir və bu tərz düşüncələr də orqazma maneə törədə bilir. Kişilər də cinsi əlaqə sırsında zövqdən çox performanslarının yaxşı olub- olmadığına fokuslanır və bu da yenə kişinin sərtləşmə problemi və ya erkən boşalma yaşamasına səbəb ola bilir.

Cinsi əlaqə əvvəli rahatlayın. Cinsi əlaqə əvvəli rahatlamaq və boşalmaq çox əhəmiyyətlidir.Belə ki, diqqətini ona cəmləmək, cinsi həyatdan danışmaq, birlikdə bir şeylər içmək, romantik anlar keçirmək, gözəl bir yemək yemək və ya film seyr etmək sizin sevişmə havasına girmənizi təmin edər.

Post a Comment

0 Comments