Subscribe Us

Masturbasiya haqqında bəzi faktlar

Sağ qol soldan daha güclüdür. Hamburgeri çox yeməyin. Müntəzəm masturbasiya edənlərdə sağ qolun daha çox inkişaf etdiyinə dair əfsanəyə əsasən yumor.

Masturbasiya haqqında bəzi faktlar.

Məktəb illərində şagirdlər arasında bir zarafat var idi. Biri masturbasiya edənlərin ovucunda tük çıxdığını söyləyib digərlərinə baxırdı. Bəziləri həqiqətən də çevirib ovuclarına baxırdılar. Çox gülürdük.

Masturbasiya haqqında çoxlu əfsanə dolaşmaqdadır. Bəzi insanları masturbasiyanın zərərli olub-olmadığı maraqlandırır. Əminəm, bəziləri utandığından soruşmur və internetdə bunun haqqında məlumat axtarır. Orada isə nələr yazılıb, nələr?!

Uzun yazmayacam. Oxuduğum bir məqalədən sizə bəzi cədvəllər gətirəcəm.
Məqalə 1974-cü ildə The Journal of Sexual Research jurnalında çap edilib. Amerika Birləşmiş Ştatlarının (ABŞ) New York şəhərində yüzlərlə tələbəyə sorğulama formu göndərilmiş, toplanan cavablar statistik olaraq incələnmişdir.

Qadınlar da masturbasiya ilə məşğul olurlar.

Fikri soruşulan oğlanların 89.13%-i, qızların isə 60,93%-i masturbasiya etdiyini bildirmişlər. Oğlanların 14.63%-i ilk dəfə masturbasiyanı 5–8 yaşları arasında etdiyi görülüb. Qızlarda bu rəqəm 20%-dir. Cavab verənlərin əksəriyyətinin 9–16 yaşları arasında, yəni həddi-buluğa giriş dövründə ilk dəfə masturbasiya etdiyini cədvəldən görə bilərik.


Görəsən masturbasiya həqiqi cinsi əlaqədən daha mı yaxşıdır?

Tələbələr bu suala da cavab veriblər. Oğlanların 40%-i, qızların isə ancaq 20%-i masturbasiyadan aldığı həzzin həqiqi cinsi əlaqə sırasında yaşasdqları hisslərə bərabər olduğunu düşünür. Arada iki dəfə fərq var. Masturbasiyanın cinsi əlaqədən daha az həzz verdiyini oğlanların 51%-i, qızların isə 46%-i düşünür. Amma ən maraqlısı axırıncı iddiadır. Oğlanların 9%-i masturbasiyanın cinsi əlaqədən daha çox həzz verdiyini bildiriblər. Bu rəqəm qızlarda……bərk dayanın!……tam olaraq 33.33%-dir. Yəni qızlar masturbasiyadan daha çox ləzzət alırlar.

Niyə masturbasiya ilə məşğul olurlar?

Yuxarıda gördüyümüz cədvələ əsasən bir şeyi dəqiq söyləyə bilərik: masturbasiyanın səbəbi cinsi tərəf müqabilinin yoxluğu deyil. Həm qızlar, həm də oğlanlardan ortalama 10%-i partnyor tapa bilmədikləri üçün bununla məşğul olduğunu bildirib.
Masturbasiyaya ən çox səbəb kimi cinsi həvəs yüksəlməsi bildirilib. Hər iki cinsdə cavab verənlərin 1/3-ündən çoxu masturbasiyaya buna görə baş vurduğunu bildirib. Cədvəldə bu sıranı “feeling horny” olaraq oxuya bilərsiniz. İngiliscə “horny” nə deməkdir? “Yanıqlıq”.
Sorğuya cavab verənlərin yarısından çoxu masturbasiya etdikdən sonra fiziki olaraq rahatladığını bildiriblər. Bir qismi isə günahkarlıq duyğusuna qapıldıqlarını, bəzən isə depressiyaya düşdüklərini qeyd ediblər.

Masturbasiya ziyandır mı?

Bu suala cavab vermək çox asandır. Masturbasiyanın heç bir fiziki zərəri indiyə qədər görülməmişdir. Əksinə xüsusilə qadınlarda orqazm pozğunluqları bəzən masturbasiya ilə düzəldilir. Oğlanlarda masturbasiya tez qurtarmanın profilaktikasında istifadə edilə bilər.
Amma masturbasiya sonrası günahkarlıq hissi bəzən ciddi problem ola bilər.
Sözün açığı, bu yazını da 10 dəqiqə ərzində dalbadal gələn masturbasiya sonrası günahkarlıq hissinə bağlı depressiya yaşayan insanların sualına cavab olaraq yazdım.
Siz də yararlanın.

İcmal:


  • Həm oğlanlar, həm də qızlar masturbasiya ilə məşğul olurlar.
  • İlk masturbasiya əksər hallarda həddi-buluğa girərkən edilir.
  • Masturbasiyanın normal cinsi əlaqədən daha çox həzz verdiyi qənaəti qızlar arasında daha yayğındır.
  • Cinsi partnyorun varlığı masturbasiya üçün əngəl deyildir.
  • Masturbasiyanın fiziki zərəri yoxdur.
  • Masturbasiyadan sonra 10%-ə yaxın insanda günahkarlıq hissi meydana gəlir. Məhz bu düşüncə psixoloji tarazlığın pozulmasına səbəb ola bilər.

Dr. Vasif İsmayıl

Post a Comment

0 Comments