Subscribe Us

İlk gecə həyəcanı necə başlayır?

Gənc qızlar, ilk gecənin necə olacağını maraqla, bəzən qorxuyla, həyəcanla, bəzən də xoşbəxtliklə gözləyərlər. Bu gecənin necə olacağı haqda narahatlıqla ətrafındakılara, yoldaşlarına, ya da yaşıdı olan yeni evlənmiş rəfiqələrinə soruşan gənc qız, onların cavablarını özündə formalaşdırar. Və hər şey də burdan başlar…

İlk gecə qorxusunun necə meydana gəldiyi ilə əlaqədar məlumat veririk.

"Neçə gün otura bilmədim'', ''O qədər çox qanama oldu ki, xəstəxanaya zor çatdırdılar'', ''Çox canım yandı, çox ağladım'', "Səni nələr gözləyir bilsən, təəssüf", "Divara mismar çaxılır kimi idi'', "Sanki barmağımı ikiyə ayırdılar və ortadan kəsirlərmiş kimi bir ağrı idi'' formasında izah edənlər daha əvvəl cinsi təcrübəsi olmayan qızlarımız üçün qorxu, həyəcan qaynağıdır.

Bu şişirdilmiş gerçək hekayələri dinləyən gənc qızımız xəyalında vaginasını sanki divar kimi xəyal etməyə başlayır.
Əvvəldən də ailəsi, ya da yaxın ətrafından ''Aman qızım, diqqətli ol'', ''Kimsəni yanına yaxınlaşdırma'' ''Qızlığını, namusumuzu qoru'' kimi əxlaqi basqılarla böyüyən və bir şey soruşa bilməyən qızımız o gecə olacaqları xəyal etməyə başlayar. Digər tərəfdən isə çox mədəni bir ailədə böyüyən, amma ‘'Qızım, sən hər şeyin ən doğrusunu onsuz da edərsən'' rəftarı, toy gecəsi bəkarətinin isbatı stressi də üstünə əlavə olunduğunda, başına nələr gələcəyini qara-qara düşünər.

O gecə gəldiyində və kişi yanına yaxınlaşdığında, sevdiyi adam belə olsa bədən, çəkəcəyi ağrılardan, qanamadan, qızlıq pərdəsinin dəlinməsindən, partlamasından, ya "qanama olmazsa necə olar?" kimi şüuraltı bir çox qorxudan gərginləşər və özünü qorumağa alar..
Qadın vagina əzələlərini sıxar, qıçlarını bağlayar və həyat yoldaşını itələyər və əlaqəni sonlandırar. O gecə birlik ola bilməz və çox təəssüf ki, çox vaxt qarşı günlərdəki sınaqlarda da eyni reaksiya davam edər.

Vaginismuslu bir qadın ilk gecədə bunları yaşar və bu problemlərin nə qədər sürəcəyini bilə bilmədən ümidsizcə bu hadisələri yaşamağa davam edər.

İlk gecə qorxusunu, həyəcanını yox edə bilmək çox əhəmiyyətlidir. Adam bunu öz başına edə bilmirsə ən qısa müddətdə mütəxəssisdən dəstək alması lazımdır. Vəziyyət çox ümidsiz görünsə də əslində həlli cinsi - psixoloji müalicədir. Müalicəylə ilk gecə qorxusu və vaginismus rahatlıqla və qısa müddətdə müalicə edilə bilir.

Post a Comment

0 Comments