Seksopatoloqlar illərdir ki, ideal seks müddəti üzərində mübahisə edirlər. Bəziləri iddia edirlər ki, ideal seks müddəti 7-13 dəqiqədir. Bəziləri də ideal seks müddətinin illər içərisində dəyişildiyini bildirir. Belə kİ, onların fikrincə 1938-ci ildə aparılan araşdırmalar ideal seks müddətinin 2 dəqiqə olduğunu sübut edib. 1942-ci ildə bu müddət 10 dəqiqəyə qədər artıb, 1955-ci ildə isə 16 dəqiqə olduğu açıqlanıb.
Ancaq son araşdırmalar mütəxəssislərin yanıldığını göstərdi. Belə ki, tədqiqatlar sübut etdi ki, ideal seks müddəti hər cütlük üçün fərqlidir. Bir cütlük üçün 7 dəqiqə kifayət etdiyi halda, digəri üçün 30 dəqiqəlik, hətta 1 saatlıq seks ideal hesab olunur.
Odur ki, cütlüklər bunu öz aralarında müəyyənləşdirməlidirlər.
Seksopatoloq Erik Korti gecədən səhərə qədər sevişdiklərini iddia edən cütlüklərə inanmadığını, cinsi əlaqə zamanı müddətin deyil, performansın önəmli olduğunu deyir.
Erik hətta 15 dəqiqəlik seksi belə unudulmaz etmək üçün daim formada olmağı məsləhət bilir. Məşhur seksopatoloq cinsi həyatından məmnun olmaq istəyənlərə afrodizyakları məsləhət görür.
Həm qadınları, həm də kişiləri başdan çıxaran bəzi qoxular var ki, bunlar ən təsirli afrodizyaklar hesab olunurlar.

0 Comments