Subscribe Us

Ailədə cinsi münasibətdə qadınlarda cinsi gücsüzlüyın səbəbləri (seksoloq fikri)

Cinsi duyğuları görmə, qoxu, toxunma, dadma, düşüncə yarada bilir. Və qorxular hamilə qalmaq qorxusu, bakirəlik, cəmiyət, ilk seksdə ağrı, partniyorun erkən boşalma qorxusu, əxlaqi dini tabular, tərbiyə tabusu, zorlanmaq, xəstəliklər və s. bu qadını seksual fobiyalar deyilən problemlə üz üzə qoyur və cinsi aktdan seksdən uzaqlaşdırır. Ailədə yaranan gərginliyin də səbəbi seksual fobiyalar olur. Bəzən cütlük illərlə bu hal içində boğula boğula yaşayırlar. Bir həkim kimi dediyim söz vardir: Gündüz baş veren məişət dava dalaşının səbəbi, gecə yataqda baş veren qeri tam, xoşbəxt olmayan, qane etməyən seksual münasibətdir.

Cinsi istəyi real orqanlardakı səbəbdən olan qadınların faizi 1% dir. Qalan bütün qadın seksual istəksizlik və digər seksual problemlərinin səbəbi psixoloji və psixogendir. Bəs bu problemi aradan qaldirmaq mümkündürmü? Təbii ki mümkündür. Bu fərdə görə dəyişir. İndividual yanaşılırsa həll oluna bilir. Bütün kişilər bilməlidilər ki qadınlar seks xidməti veren bir varlıq yox, seksi və sevgini veriləcəyi və paylaşılacağı varlıqdırlar. Ən incə davranılması gərəkir bu məsələdə. Cunki əgər kişi fiziki sevirsə qadın psixoloji sevir. Kişi seksdə nə hiss edirsə qadın ondan 4 dəfə cox hiss edir.

Bir qədər qadın cinsi problemlərindən danışsaq əgər infeksion bir xəstəlik və hormonal problemlər yoxdursa, qadının ruhi nevroloji durumu yerindədirsə onda səbəblər psixolojidir. Bunu da diqqətli axtarıb tapıldıqda problem həll olmuş olur. Qadınların əsas şikayəti: orqazm olmamaq, hipolibido- cinsi istəksizlik, diqqət dağınıqlığı, cinsi əlaqədə ağrı, və yuxarıda söylədiyimiz fobiyalardır. Orqazm qadın üçün vacib bir haldır. Orqazm həm də hamilə qalmağa kömək edir. Belə ki uşaqlığın əzələlərinin ritmik yığılması sperm hüceyrələrinin daha yuxarı hissələrə rahat çatmasına gətirib çıxarır. Amma orqazm mütləq şərt deyil. Bəzi qadınlar cinsi əlaqədən orqazm olmadan həzz aldıqları üçün özlərini xoşbəxt sayırlar. Bu da normal hal sayıla bilər. Əgər qadını razı salırsa. Hər kəs anlamalıdır ki əsl xoşbəxtliyə gedən yol cinsi seksual xosbəxtliydən keçir. Təbii ki bunu dərk edənlər üçün.

Dr.Həsən Səmədov
androloq-seksoloq

Post a Comment

0 Comments