Subscribe Us

Porno filmlər üçün prezervativlər “məcbur olmayacaq

Porno aktyorlar kondom məcburiyyətinin yolxucu xəstəliklərin daha çox yayılmasına gətirib çıxaracağını iddia edirlər.

California rəsmiləri xəstəliklərin yayılmaması üçün pornoaktyorları qoruyucudan istifadəyə məcbur edən təklifə qarşı səs veriblər..

Pornoqrafiya sənayesinin təmsilçiləri iddia edirlər ki, kondomlar izləyicilər üçün maraqsızdır və bu, porno sənayesini məhv edə bilər.

Onlar həmçinin kondomlarla bağlı qanunun aktyorların qoruyucu eynək və diş bəndlərini geyinmə məcburiyyətinə gətirib çıxara biləcəyini bildiriblər.

Hazırda porno aktyorlar hər iki həftədən bir yoluxucu xəstəliklər əleyhinə yoxlamadan keçməlidirlər.
QİÇS Sağlamlıq Fondu, California Peşə Təhlükəsizliyi Bölməsi və Səhiyyə Standartları Kollegiyasından porno sənayedə daha ciddi qaydaların tətbiqini istəyib.

Lakin pornoqrafiya sənayesinin təmsilçiləri həmçinin bildiriblər ki, prezervativlərdən istifadəni tələb etmək bu sənayenin gizli olmasına gətirib çıxara bilər və bu da nəticədə xəstəlik riskini artırar.
“Siz seks işini kriminallaşdırdıqca, onu daha da təhlükəli edirsiniz,” - porno aktyor və jurnalist SiouxsieQ deyib.

Los Angeles-də çəkilən pornoqrafiya filmlərində kondom istifadəsi artıq 2012-ci ildə keçirilmiş səsvermə nəticəsində qəbul edilən qaydalara görə məcburidir.

California sakinləri noyabr ayında bu tələbin bütün ştat boyu tətbiqinə dair səs verəcəklər.

Post a Comment

0 Comments