Subscribe Us

Evli ola ola bakirədir

Evli ola ola bakirədirVaginismus nədir?

Vaginismus cinsi birləşmə vaxtı qadının vagina əzələlərini, istəksiz bir şəkildə sıxaraq cinsi birləşmə imkanı verməməsidir. Bu sıxılmaları qadının tamamilə idarə etməsi mümkün deyil. Vaginanın girişindəki əzələlərin sıxılmasının yanında bütün bədəndə bir sıxılma, narahatlıq, qorxu və çaxnaşma halı baş verir və qadın əlaqəni rədd edərək ayaqlarını möhkəm şəkildə bağlayır.

Vaginismusun səbəbləri nədir?

Psixoloji səbəblər arasında uşaqlıqdan qalma qorxular, qatı əxlaq qaydaları , ayıb, günah kimi anlayışların şüuraltına yerləşməsi, cinsəllik mövzusunda yerləşmiş səhv fikirlər, şüuraltında penisin bədənə girişinə qarşı bir qorxunun olması kimi psixoloji səbəblər var. Gənc qızlara uşaqlıqdan öyrədilən "qızlıq pərdəsi qiymətlidir və qorunmalıdır" düşüncəsi də, belə öyrənmiş qadınlarda qeyd olunan problemin ortaya çıxması daha realdır.

Uşaqlıq dövründə yaşanan pis təcrübələr vaginismusa səbəb ola bilərmi?

Uşaqlıq dövründə yaşanan pis təcrübə və xatirələr də vaginismusa yol aça bilər. Daha əvvəl heç vaginismus problemi olmayanlarda, abort kimi yaşanmış təcrübələr nəticəsində vaginismus inkişaf edə bilər. Bəzən də kişi və qadının cinsiyyətlə əlaqəli məlumat əskiklikləri, qorxu və həyəcan da vaginismusa yol aça bilər.

Kişi və qadınların cinsəlliyi bilməmələri vaginismusa səbəb ola bilərmi?

Əfsuslar olsun ki bu mövzuda kifayət qədər mütəxəssis araşdırması və ya hər hansısa bir ətraflı məlumat yoxdur. Bizə gələn şikayətlər əsasında xəstələrlə söhbət nəticəsində təsadüfən bunu öyrəndik. Xəstələrimizin böyük hissəsindən cinsəllik mövzusunda müsbət rəy ala bilmədik.

Kimlər Vaginumusa tutulma riski altında ola bilər?

Xüsusi ilə psixoloji olaraq tam hazır olmayan qadınlar risk daşıyır. Uşaqlıq vaxtında qorxu yaşayan şəxslərdə bu problemin meydana gəlməsi daha asan olur. Qadının zehnində ən çox qorxu yaradan amillərdən biri penisin həddindən artıq böyük təsəvvür etməsidir. Ayrıca hamilə qalma qorxuları da problemə yol aça bilər.

Kişinin və ya qadının cinsi orqanlarının anatomik quruluşundakı dəyişikliklər vaginismusa səbəb ola bilərmi?

Bu mövzuyla əlaqədar insanların səhv fikirləri vaginismus probleminə gətirib çıxara bilər. Vaginismus, cinsi orqanların anatomik quruluşundan asılı olmayan bir şəkildə ortaya çıxa bilər. "Mənim vaginam çox kiçik və ya çox dardır, buna görə cinsi əlaqəyə girə bilmirəm" deyə bir anlayış ümumiyyətlə yoxdur, çünki vagina olduqca elastik bir quruluşdadır və doğum zamanı bir uşağın başını çıxaracaq qədər genişlənə bilər.

Vaginismus olanlar uşaq sahibi olmaq üçün sizə müraciət edən cütlüklərə nə məsləhət görürsüz?

Spermanı , vaginaya daxil edirik. Sadə bir əməliyyat. Bir çox insan belə hamilə qalır. Bakirə olduğu halda balon körpə müalicəsi görən xəstələrimiz də var. "Nə qədər müddətdən bir cinsi əlaqədə olursuz ya da yoldaşınızla axırıncı dəfə nə vaxt cinsi münasibətiniz oldu?" sualına "20 gün əvvəl", "45 gün əvvəl" kimi cavablar verən xəstələrimiz var. Fərqli səbəblərlə, həyatından cinsi münasibəti çıxarmış bir çox cütlüklər var. Ayrı otaqlar və ayrı yataqlar. Bunu da problem kimi görmürlər.

Cinsi soyuqluq ilə vaginismus arasında fərq varmı?

Vaginismusda cinsi əlaqəyə girmədə istəksizlik yoxdur, ancaq əlaqə zamanında zərər görmə qorxusu var. Vaginismusdan şikayətçi olan bir qadında cinsi arzu olur və vaginada islanma olur, ancaq istəsə də əlaqəyə girə bilmir. Necə deyərlər, vaginismuslu qadınların çoxu heç bir zaman əlaqəyə girə bilməmişdir, yəni hələ də bakirədir.

Post a Comment

0 Comments