Bu məşqlər nəticəsində boşalmada bir qədər gecikdirmə təmin ediləndə, "Mən artıq bilirəm” fikiri ilə hərəkət etmək doğru deyil. Qeyd etdiyimiz kimi erkən boşalma bir xəstəlik olmadığına görə, boşalmanın gecikdirilməsi, xəstəlikdən qurtuluş deyil.
Bu cür düşünmək, cinsi əlaqələrdə öyrənilənlərə laqeyd yanaşmaq, həyəcanın artmasına və problemin təkrarlamasına səbəb ola bilər. Əslində ən doğrusu, kişilərin boşalmanı kontrol etməyi öyrənməli və bu təcrübələri hər cinsi əlaqədə istifadə etməyə çalışmalıdır.
Erkən boşalmanın qarşısını almağ üçün aşağıdakı təklifləri nəzərdən keçirməyiniz məsləhət görülür:
Açıq havada gəzin, həyəcanlandıran hadisələrdən uzaq durun, tez-tez duş qəbul edin, sinir sistemini istrahət etdirin. Kişinin hərdən tez boşalması normaldır. Tez boşaldığınızda hər şeyi itirdiyinizi düşünməyin. Əhəmiyyətli olan tərəf müqavili ilə birlikdə olmaq və hər ikinizin də xoşuna gələn şeyləri birlikdə edə bilməyinizdir.
Yoldaşınıza qarşı daim sağlam düşüncələr bəsləyin. Partnyoruvuzla birlikdə orgazma çatmağa çalışın. Psixoterapeftdən kömək almaqdan çəkinməyin.
Cinsi əlaqədə olan zaman özünüzü sübut etmək məcburiyyətində hiss etməyin. Əzələlərinizi sıxıb boşaldaraq boşalmanızı gecikdirə bilərsiniz.
Hər kəs cinsi problemlər yaşaya bilər, bunu unutmayın!
Tez-tez sidiyə gedin və sidiyə gedərkən özünüzü sıxıb buraxın, beləcə əzələlərinizə nəzarət etməyi öyrənə bilərsiniz.
Özünüzü qeyri-kafi və ya günahkar hiss etməkdə tələsməyin.
Yavaşca daxil olun, penisi mümkün olduğu qədər dərinə yerləşdirin, yüngül hərəkətlərlə davam edin, boşalmağa az qalanda gedib gəlmə hərəkətlərini dərhal dayandırın, penisinizin başı içəridə qalacaq şəkildə sürətlə geri çəkin, sakitləşənə qədər dərin dərin nəfəs alıb gözləyin.
Cinsi əlaqə zamanında hərəkətlərinizə ara verin, həyəcanınızı boğmaq üçün istirahət edin və istirahət edərkən duyğuları alovlanan və səbirsiz vəziyyətə düşən partnyorunuzu oxşayaraq klitoru ilə oynuyun. Hər gecə yatmadan əvvəl, hər-hansısa bir cinsi yaxınlığın xəyalini qurun. Edəcəyiniz bu "fantaziya", boşalmanın gecikdirilməsini əvvəlcədən planlaşdırmanızı asanlaşdıracaq.
Kişilərin ilk cinsi əlaqədə boşalma müddəti daha qısadır ikinci əlaqədə isə daha geç boşala bilərlər. Bu səbəblə ilk cinsi əlaqədə sevişmə zamanını uzun edin və partnyoruvuzun qabaqcadan xəbərdar olunmasını təmin edin. İkinci əlaqədə isə partnyoruvuz sizi daha çox xəbərdar etsin.
Yoldaşınızla problemlərinizi bölüşün və qətiyyətlə ünsiyyət problemi yaşamayın.

0 Comments