Subscribe Us

Qadın Sünnəti

qadın sünnətiQadın Sünnəti bəzi din, adət və adət ənənələrin və müxtəlif inanışların hədəfi olmuşdur və hələ də hədəf olmağa davam etməkdədir. Buna bağlı olaraq bəzi primitiv və inkişaf etmiş cəmiyyətlərdə hələ də klitoris "qadın sünnəti" adı altında müxtəlif cərrahı müdaxilələrə tabe tutulmaqdadır. Bu müdaxilələr qadının cinsi həyatını dərindən təsir etməkdədir.

Bu cərrahı müdaxilələrdən ən vəhşi olanı klitorisin tamamilə çıxarılması və diş dodaqların bir-birinə tikilməsindən ibarət olanıdır. Firon və ya Peyğəmbər Sünnəti adı verilən bu müdaxilə sonunda qadın genital bölgəsində yalnız aybaşı qanaması və sidik çıxışı üçün kiçik bir dəlik qalır.

Yuxarıda bəhs edilən "qadın sünnətinin" daha yüngül şəkilləri də mövcuddur və bəzi cəmiyyətlərdə hələ də geniş şəkildə tətbiq olunmaqdadır. Bu müdaxilələrdə də klitorisin ya baş qismi tamamilə və ya qismən kəsilib atılmaqda və ya baş qisminin ətrafını qucaqlayan "sünnə dərisi" (bu qadınlarda iç dodaqlara qarşılıq gəlir) kəsilir.

Post a Comment

1 Comments

  1. Maraqli melumatdir.
    Bes bu sunnet olunan qadinlarin sekse munasibeti sunnet olmayan qadinlardan nece ferqlenir?

    ReplyDelete