Cinsi istəyi təmin edən hormon qadında da kişidə də eynidir. Bu hormon testesterondur və cinsi istəyi istiqamətləndirər.
Cinsi impulslar doğuşdan vardır ancaq cinsi davranışlar bu mövzudakı tutum və təcrübələrlə təyin olunar. Cinsi istəyi təyin edən çox sayda faktor var. Ümumi ya da cinsi sağlamlıq vəziyyətindəki pozuqluqlar, hormonlardakı axsaqlıqlar, istifadə edilən dərmanlayar bunu təsir edə bilər. Səbəblər psixoloji ya da orqanik ola bilər.
Bu səbəblərdən ən başda gələnlər və ən əhəmiyyətliləri:
Cinsi istəyi azaldan səbəblər:
Bədəninizin şəkli
Bədən şəkliniz və kilonuzdan ötəri özünüzü seksual hesab etməyə bilərsiniz. Çox kilolu olmasınız belə öz düşüncələriniz sizin duyğularınızı təsir edə bilər. Düşüncələriniz üzərində işləmək ya da kilo vermək faydalı olar. İdman, fiziki olaraq bədəninizi şəkilləndirərkən hormonlar baxımından da köməkçidir.
Stress
Stress altındaykən bir çox şeyi yaxşı edən nadir insanlardan biri ola bilərsiniz. Ancaq buna cinsi həyatınız daxil deyil. İş stressi, pul problemləri, ailədə xəstə olan biri üçün duyulan narahatlıq kimi səbəblər, libidonuzu salar. Stress səviyyənizi idarə altında tutmaq və stress rəhbərlik texnikalarını öyrənmək üçün mütləq bir mütəxəssis köməyi alın.
Əlaqədəki problemlər
Cütlər arasında həllə qovuşmamış problemlər cinsi impulsunuzun qatili ola bilər. Cinsi həyatda romantik yaxınlıq xüsusilə qadınlar üçün əhəmiyyətlidir. Üstü bağlanılmış nəticəyə çatılmamış mübahisələr, səhv mənalar, güvən kimi mövzular səbəblərdən biri ola bilər.
Spirt
Bir qədəh ya da iki qədəh içki hər vaxt kefinizi yerinə gətirməyə bilər. Spirtin bu mövzuda faydadan çox zərər gətirdiyi bilinən bir gerçəkdir. Spirt cinsi istəyi keyidər.
Az yatmaq
Çox erkən qalxır və gec yatağa girmək faktordur. Kafi yatmasanız bədəniniz də həm fiziki həm romantik mənfi təsirlənər.
Dərman istifadə etmək
Bəzi dərmanlayar cinsi istəksizlik yarada bilər. Antidepresanlar, təzyiq dərmanları, allergiya dərmanları, kemoterapi, HIV dərmanları kimi. Hər vaxt istifadə etdiyiniz dərmanın dozasının artması ya da azalması da təsir edə bilər.
Ereksiya problemləri
Ereksiya problemləri də cütləri cinsi həyatdan uzaqlaşdıra bilər.
Aşağı testosteron
Testosteron hər iki cinsi də maraqlandıran bir mövzudur. Ancaq qadınların hormon nizamı kişilərdən daha fərqlidir və daha qarışıqdır. Kişilər yaşlandıqca testosteronda geriləmə ola bilər. Bu da cinsi istəksizlik meydana gətirə bilər.
Klimaks
Dünyada bir çox qadın klimaks üzündən cinsi istəklərinin azaldığını hesab etmişdir. Klimaks semptomlar hormon dəyişiklikləri bütün bədəni təsir edən bir vəziyyətdir. Klimaksdan ötəri yaşanan semptomlar dərmanlarla idarə altında tutula bilər.
Depressiya
Depressiyaya qarşı istifadə edilən bir çox antidepresan dərman mənfi təsir edər. Əgər cinsi istəksizlik yeni başlayırsa, bu fərqində olmadığınız depressiyanın başlanğıcı ola bilər
Səmimiyyətsizlik
Səmimiyyət olmadan sağlam bir cinsi həyat mümkün deyil. Səmimiyyətlə nəzərdə tutulan açıq fikirli olmaq, paylaşmaq və bir-birini anlamaq kimi vəziyyətlərdir. Açıq ünsiyyət hər növ problemin həllində ana maddədir.
Obezit
Mütəxəssislərə görə çox kilolu və ya obez olmaq, cinsi performans mövzusunda problem yarada bilər. Bu səbəb tam olaraq bilinməsə də bir çox həkim, bunu kilo səbəbiylə özünə güvən əskikliyinə də bağlayır.
Valideynlik
Ayaq altında gəzən uşaqlar, cütləri bir-birinə zaman ayırmaqdan ayıra bilər. Bu kimi vəziyyətlərdə uşaqlara qısa müddətə baxıcılıq edəcək birinin faydası ola bilər. Əgər uşağınız çox kiçiksə onun uyğunlaşmaya zamanına görə bir nizamlama edilə bilər.


0 Comments