Subscribe Us

Təmizlikdən sonra nə vaxt əlaqədə olmaq olar?

Cinsi əlaqəQadın aybaşıdan təmizlənibsə, qan kəsilibsə, yalnız qanlı yer yuyulub təmizlənəndən, dəstəmaz alandan, ya da ki, çiməndən sonra, yaxud da bütün bunları etdikdən sonra cinsi əlaqəyə girmək olar. Allah təala bu barədə buyurur:

«". . .Təmizləndikdən sonra isə allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!" allah tövbə
edənləri, təmiz və pak olanları sevər!» (əl-Bəqərə, 222).

«". . .Təmizləndikdən sonra isə allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!" allah tövbə
edənləri, təmiz və pak olanları sevər!» (əl-Bəqərə, 222).

Əlaqənin cinsiyyət üzvündən xaricdə bitirilməsinə icazə verilməsi.
Kişi orqanı spermanı üzvdən xaricdə axtmaqla bitirə bilər.

Bu barədə olan hədislər:

Birinci: Cabir (r.a) rəvayət edir, «Biz qadınlarımızla əlaqəni cinsiyyət üzvündən xaricdə bitirirdik, Qur'an da buna icazə verir». Başqa rəvayətdə deyilir:
«Peyğəmbərin (s.a.s) dövründə biz cinsi əlaqəni xaricdə sona çatdırırdıq. Xəbər gedib ona çatdı, amma o bunu qadağan etmədi».

İkinci: Əbu Səid əl-Xüdrinin hədisi:
«Bir kişi Peyğəmbərin (s.a.s) hüzuruna gəlib dedi:
— Mənim bir cariyəm vardır. Mən onunla əlaqədə olanda başqa kişilərin etdiyi kimi əlaqəni cinsiyyət üzvündən kənarda bitirirəm. Yəhudilər iddia edirlər ki, cinsiyyət üzvündən kənarda əlaqəni sona yetirmək körpə qız uşağını diri-diri basdırmaq kimidir.
Peyğəmbər (s.a.s) buyurdu:
— Yəhudilər yalan deyirlər, yalan deyirlər! Əgər Allah bundan uşaq yaratmaq istəsə, sən onun qabağını ala bilməzsən».

Üçüncü: Cabir (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərin (s.a.s) hüzuruna gəlib deyir:
— Bir cariyəm vardır. Bizə həm xidmət edir, həm də xurmaları suvarır. Mən onunla yaxınlıq edirəm. İstəmirəm ki, hamilə olsun.
Peyğəmbər (s.a.s) dedi:
— İstəsən kənarda qurtar. Ancaq onu da bil ki.qismətində nə varsa, o da olacaq.
Kişi getdi,bir müddət sonra qayıdıb dedi:
— Cariyə hamilədir! Peyğəmbər (s.a.s) dedi:
— Sənə demədimmi, qismətində nə varsa, o da olacaq?!»

Əlaqəni kənarda qurtarmamaq daha yaxşidir.
Kənarda qurtarmamağın daha məqbul olması bu səbəblərdən irəli gəlir:

  1. Kənarda qurtardıqda qadına zərər yetirilir, o, ləzzətdən məhrum edilir.

  2. Nigahın bəzi məqsədlərinə xələl gətirilir. Bu işlə Peyğəmbərimizin (s.a.s) millətinin sayının artırılmasına maneçilik törədilir.


Peyğəmbər (s.a.s) belə buyurur:
«Doğan və sevdikləriniz qadınlarla evlənin ki, çoxluğunuzla digər millətlərdən üstün olum».
Buna görə də Peyğəmbər (s.a.s) bu işi gizlicə qız uşağını diri-diri basdırmağa bənzədir. Bu barədə ondan soruşanda demişdir:
«Bu qız uşağının gizlicə diri-diri basdırılması deməkdir». Yuxarıdakı bəndlə burada yaranmış fikir ziddiyyəti heç də birmənalı deyil. Burada Peyğəmbərin (s.a.s) yuxarıdakına zidd fikir söyləməsi onun bu işi etməmək üçün bir tövsiyəsidir.
Peyğəmbər (s.a.s), Əbu Səid əl-Xüdrinin hədisində deyildiyi kimi, kənarda qurtarmamağı daha yaxşı hesab etmişdir.

Hədisdə deyilir:
«Kənarda qurtarmaq barədə Peyğəmbərin (s.a.s) hüzurunda danışıldıqda o demişdir:
— Siz bunu nə uçun edirsiniz? Yaxşı bilin ki, yaradanı Allah olmayan məxluqat yoxdur. Məxluqu yaradan Allahdır — buyurdu və «Kimsə onu etməsin» demədi. Rəvayətdə deyilir: Siz bunu edirsiniz, bunu edirsiniz, bunu edirsiniz? Qiyamət gününə qədər yalnız mövcud olanlar qalacaqlar».

Post a Comment

0 Comments