Subscribe Us

Təcavüzə qarşı yeni prezervativ hazırlandı

PrezervativBu günlərdə Dünya Futbol Çempionatı ilə gündəmdə olmaqla birlikdə, dünyada təcavüzün ən məşhur olduğu ölkə olaraq da bilinən Cənub Afrikada təcavüzçülərə qarşı "dişli qadın prezervativi" hazırlandı. Prezervativlər, bütün dünyadan futbolsevərlərin axın etdiyi bu günlərdə Cənub Afrikada sınaq məqsədli olaraq istifadə edilməyə başlandı.
Daily Mailin xəbərinə görə, Sonnet Ehlers adlı Cənub Afrikalı bir həkim tərəfindən inkişaf etdirilən və "Rape-aXe" adı verilən qadın



prezervativinin üzərində diş yerinə keçən və penetrasya əsnasında penisə ilişən qarmaqlar var.

İstifadə edən qadınlara heç bir narahatlıq verməyən "dişli prezervativ", buna qarşılıq təcavüzçü kişinin həyatını cəhənnəmə çevirir.

Xəbərə görə, dişli prezervativdəki qarmaqlar bir dəfə kişi cinsi orqanına ilişdiyində, təcavüzçü ağrıyla geri çəkilsə belə özbaşına çıxara bilmir. Həkim Ehlersin ifadəsinə görə, dişli prezervativ çıxarılmağa çalışdıqca kişi cinsi orqanının içinə daha çox basdırılır. Təcavüzçünün tualetini etməsi və hətta getməsi əsnasında belə böyük ağrı verən dişli prezervativ ancaq tibbi müdaxilə ilə sökülə bilir.

Bu səbəbdən xəstəxanaya getmək məcburiyyətində qalan təcavüzçü zəruri olaraq tutulur.

Həkim Ehler, futbol matçları səbəbindən təcavüz hadisələrinin bir az daha artması gözlənilən ölkədə sınaq məqsədli olaraq 30 min prezervativin qadınlara pulsuz paylandığını açıqladı. Sınaqların tamamlanmasında sonra dişli prezervativlər 1.50 sterlinqdən (təxminən 1.75 AZN) satılacaq.

Həkim Ehlerə görə, "dişli prezervativlər"in daha çox "şübhəli görüşlərə" getmək məcburiyyətində qalan qadınlar tərəfindən istifadə ediləcəyini açıqladı.

Ancaq yeni kəşf bəzi tənqidləri də özü ilə gətirdi. Bəzi təhlükəsizlik mütəxəssisləri bu tətbiqin təcavüz əsnasında şiddəti daha da qışqırda biləcəyini ifadə edir.

Post a Comment

0 Comments