Anna Chapmanın həbsi dünyada olay yaradıbABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən Rusiyaya casusluq şübhəsi ilə bağlı saxlanılan 11 nəfərdən biri olan Anna Chapman bir anda virtual dünyada olay yaradıb. Anna Chapman iqtisadiyyat sahəsində ali savada malikdir, internetdə əmlak alqı-satqısı ilə məşğul olub.
28 yaşlı Anna Chapman amerikalı prokurorlar tərəfindən yüksək səviyyədə hazırlanmış casus və təcrübəli bir kələkbaz kimi dəyərləndirilib.
Xanım casus yüksək səviyyədə əlaqələr quraraq, bu ilin yanvar ayından ABŞ-ın təhlükəsizlik sirlərini hər həftənin çərşənbə günü Rusiya hökumətinə çatdırmaqda günahlandırılır.
Anna Chapman keçən həftənin şənbə günü Mərkəzi Kəşfiyyat İdarəsinin özünü Rusiya agenti kimi tanıdan bir nümayəndəsi ilə Nyu-Yorkda bir restoranda görüşüb. MKİ-nin nümayəndəsi Anna Chapmana başqa bir rus qadın casusuna saxta pasport çatdırmasını tapşırıb. Ancaq bu iş başa çatmayıb və iki gün sonra Anna Chapman tutulub.
Hazırda Amerika mətbuatı Anna Chapmanın Facebook kimi sosial şəbəkələrdə olan fotoşəkillərini yayır. Amerika mətbuatında Anna Chapman “James Bond filmlərində oynamağa layiq”, “Victorias Secret modeli”, “Ən seksual gizli casus” kimi bənzətmələrlə təqdim olunur.

1 Comments
daha maraqli seyler olsa yaxsi olar
ReplyDelete