Həm ərə, həm də arvada yaxınlıqdan aldıqları ləzzətin sirləri barədə açıq-saçıq danışmaq, onları yaymaq haramdır.Bu barədə hədislər:
Birinci: Peyğəmbər (s.a.s) buyurur:
«Qiyamət günü Allah-təalanın hüzurunda ən pis mövqeyə malik adamlardan biri də bir-birinə nəvaziş və yaxınlıq edib bu əlaqənin sirlərini açıb yayan kişi və ya arvaddır».
İkinci: Əsma bintdəzidin rəvayəti:
«Bir dəstə kişi və qadınla Peyğəmbərin (s.a.s) yanında idik. Peyğəmbər (s.a.s) bizə dedi:
— Ola bilərmi, kişi arvadı ilə etdiklərini, arvadsa ərilə etdiklərini açıb ağartsın, hamıya yaysın?
hamı sükuta qərq oldu. Mən dedim:
— Ya Rəsulullah! Kişilər də bunu edir! Arvadlar da bunu edir! Peyğəmbər (s.a.s) dedi:
— Belə etməyin! Bunu edənlər yolda bir-birinə rast gəlib hamının gözü qabağında yaxınlıq edən erkək və dişi şeytanlar kimidirlər!»

0 Comments