Nəfsinə tabe olub heyzdən təmizlənməzdən qabaq qadınla əlaqədə olan kişi Təqribən yarım qızıl ingilis funtu və ya onun dörddə biri qədərini sədəqə verməlidir. Abdullah bin Abbasın (r.a) hədisində deyilir: «Peyğəmbər (s.a.s) heyzli qadınla əlaqədə olan barədə demişdir ki, buadam bir və ya yarım dinar sədəqə verməlidir».Aybaşı olan qadından halal olan şeylər:
Kişi aybaşı keçirən qadından cinsi əlaqədən başqa qalan şeylərdən ləzzət ala bilər. Bu mövzuda olan hədislər:
Birinci: Peyğəmbər (s.a.s) buyurur: «...Hər şey edin, cinsi əlaqədən başqa!»
İkinci: Aişənin (r.a) dediyi:
«Peyğəmbər (s.a.s) aramızda aybaşı keçirənlə yaxınlıq eləmək istədikdə əmr edərdi ki, aybaşı yerini örtsun, sonra arvadını qucaqlayardı, bəzən də həmən yeri ustdən tumarlayardı».
Üçüncü: «Peyğəmbərin (s.a.s) bəzi qadınları demişlər ki, o, aybaşı keçirən qadınla yaxınlıq edəndə onun cinsiyyət uzvunün üstünü örtərdi və sonra istədiyini edərdi».
Təmizlikdən sonra nə vaxt əlaqədə olmaq olar?
Qadın aybaşıdan təmizlənibsə, qan kəsilibsə, yalnız qanlı yer yuyulub təmizlənəndən, dəstəmaz alandan, ya da ki, çiməndən sonra, yaxud da bütün bunları etdikdən sonra cinsi əlaqəyə girmək olar. Allah təala bu barədə buyurur:
Təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!" allah tövbə
edənləri, təmiz və pak olanları sevər!» (əl-bəqərə, 222).

0 Comments