2009-cu ilin sonlarında seks qalmaqalının mərkəzinə düşən qolfçu Tayger Vudsun keçmiş məşuqələrindən biri məşhur “Playboy” kişi jurnalı üçün fotosessiyada iştirak edəcək.
25 yaşlı Reyçel Uçitlin şəkilləri nəşrin ən yaxın saylarından birində dərc olunacaq.
“The Sun” nəşri Uçitlin “Playboy”la müqaviləsinin təfərrüatlarını açıqlayıb. Qəzetə məlum olub ki, idmançının keçmiş məşuqəsi tam çılpaq poz verməkdən imtina edib. Lakin o, sinəsini nümayiş etdirməyə razılıq verib. Məhz Reyçell Uçitllə münasibətləri 2009-cu ilin noyabrında Vuds və rəfiqəsi Elin Nordeqren arasında mübahisənin baş qaldırmasına səbəb olub. Həmin vaxt xanımı qolfçunun öz məşuqəsi ilə SMS mübadiləsi etdiyini görərək, qalmaqal salıb və hətta Uçitlə telefon açıb.
Ailə qalmaqalının ardından Vudsun çoxsaylı nikahdankənar əlaqələri haqda yeni məlumatlar yayılıb. Lakin Uçitl Vuds və Nordeqren arasındakı böyük mübahisəyə bağlılığı versiyasını təkzib edib. Bu yaxınlarda isə məşhur qolfçu ilə həyat yoldaşının boşanmağa hazırlaşdıqları məlum olub. Nordeqrenin boşanmaya dair sənədləşməni vətəni İsveçdə həyata keçirmək istədiyi
bildirilir.
[wp-imageflow2]

0 Comments