Subscribe Us

Seks qalmaqalının növbəti qurbanı

holland-nazirHollandiyanın müdafiə naziri seks qalmaqalının qurbanı olur

Xanımı da evdən qovub, hərbi şəhərcikdə yaşayır

Dünyanın ən liberal və demokratik ölkələrindən biri sayılan Hollandiyada son illərin ən böyük seks qalmaqalı yaşanır.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, seks məsələsinə görə qalmaqalın nadir hallarda baş verdiyi Hollandiyada müdafiə naziri Jack de Vries xanım məsləhətçisi Melissa Goede ilə bir neçə ay əvvəl gizli eşq yaşamağa başlayıb.

“RTL Boulevard” proqramı bunu təsdiqləyən faktlar əldə edib və müdafiə nazirinin xanım məsləhətçisi ilə sekslə məşğul olması ölkə gündəminə bomba kimi düşüb. 2 uşaq atası olan Jack de Vriesin xanımı Harriet de Jonq məsələni öyrənən kimi onu evdən qovub. Gedəcək bir yeri olmayan müdafiə naziri hazırda paytaxt Amsterdamdakı bir hərbi şəhərcikdə qalır. Müdafiə naziri mətbuata açıqlamasında deyib ki, özəl bir məsələyə yaxşı həll yolu tapmaq üçün bir az zaman keçirmək istəyir.

Ancaq Jack de Vriesi müdafiə naziri postuna gətirən və mühafizəkarlığı ilə seçilən Xristian Demokrat Partiyası artıq onu müdafiə etməyəcəyini bəyan edib. Bu il 9 iyunda keçiriləcək parlament seçkilərinə hazırlaşan partiya müdafiə nazirini seçkilərə qədər istefa verməyə çağırıb.

Post a Comment

0 Comments