Onlar bir-birinin cinsiyyət üzvlərini görsələr də, bir yerdə yuyuna bilərlər. Bu mövzuda olan hədislər:Birinci: Aişənin (r.a) hədisi:
«Mən Peyğəmbərlə (s.a.s) birlikdə yuyunurdum. Aramızda olan bir qabdan Yuyunurduq. Qabdan su götürməkdə məni qabaqlayanda deyərdim: «Mənə də saxla! Mənə də saxla!» Biz bunu əlaqədən sonra edərdik».
İkinci: Müaviyyə bin Heydənin hədisi: «Mən dedim:
— Ey Allahın rəsulu! Ayıb yerlərə baxmaq və ya onları göstərmək olarmı?
Dedi:
— Ayıb yerini arvadından və ya sənə məhrəm olan cariyələrindən başqa hamıdan gizlət.
Mən yenə soruşdum:
— Ey Allahın rəsulu! Əgər adamlar bir yerdə çox olsalar?
— Bacardığın qədər heç kəsə göstərmə, heç kəs onu görməsin.
— Ey Allahın rəsulu! Birimiz təkbaşımıza və tənha bir yerdə çılpaq olsaq?
— Allahdan utanmaq, insanlardan utanmaqdan daha ustündur».
Yatmamışdan qabaq təmizlik dəstəmazı.
Əlaqədə olmuş ər və arvad dəstəmaz almamışdan yatmazlar. Bu barədə olan hədislər:
Birinci: Aişənin (r.a) rəvayəti:
«Allah peyğəmbəri (s.a.s) cinsi əlaqədən sonra yemək və ya yatmaq istədikdə əvvəlcə övrət yerini yuyar, sonra namaz uçun olduğu kimi dəstəmaz alardı».
İkinci: İbn Ömərdən (r.a): «Ömər soruşur:
— Ya Rəsulullah! Biri əlaqədə olandan sonra yata bilərmi? O deyir:
— Əgər dəstəmaz alıbsa, olar». Digər rəvayətdə deyilir:
«Dəstəmaz al, cinsiyyət üzvünü yu, sonra yat!»
Başqa rəvayətdə: «Bəli, dəstəmaz alıb yata bilər, hətta istəsə, çimər də!»
Başqa rəvayət: «Bəli, istəsə, dəstəmaz alar».
Üçüncü: Əmmar bin Yasir (r.a) belə rəvayət edir: «Peyğəmbər (s.a.s) demişdir:
«Üç növ insana mələklər yaxın duşməz: kafir leşi, ezunə qadınlara məxsus vtriyyat vuran və cinsi əlaqədə olub dəstəmaz almayan».[ad#468x15]

1 Comments
cinsi elaqeden sonra ancaq destamaz almaq vacibdir!!!bes qusl almaq nece?
ReplyDelete