Subscribe Us

Maradona çılpaq soyunacaq

MaradonaArgentina milli komandasının baş məşqçisi Dieqo Maradona sərəncamındakı futbolçuları dünya çempionatında qələbəyə kökləmək üçün qeyri-adi üsul tapıb.

Maradona “FM Metro” radiostansiyasına müsahibəsində Argentinanın çempion olacağı halda Buenos-Ayres şəhərinin simvolu sayılan 67 metrlik Obelisk ətrafında lüt qaçacağına söz verib.

50 yaşlı mütəxəssis, həmçinin Kanadanı 5:0 hesabı ilə yendikləri yoldaşlıq görüşündə Lionel Messinin iştirak edə bilməməsinə aydınlıq gətirib: “Messi əzələsini dartdığından, risk etmək istəmədim. Mənim üçün əsas məsələ mundialda iyunun 12-dək onun ideal formada olmasıdır”.

Argentina mətbuatının fikrincə, Dieqo Maradonanın öz vədini yerinə yetirməsi tam mümkündür. Çünki o, əvvəllər “El Grafico” jurnalı üçün lüt poz verib.

Qeyd edək ki, Argentina millisi dünya çempionatının təşkil ediləcəyi Cənubi Afrika Respublikasına mayın 28-də yollanacaq. Komanda ilk görüşünü iyunun 12-də Nigeriyaya qarşı keçirəcək.

Post a Comment

0 Comments