Portuqaliyada da eynicinslilər evlənə biləcəklərPortuqaliya prezidenti Anibal Kavak Silva ölkədə eynicinslilərin evlənməsinə icazə verən qanun layihəsini imzalayıb.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, keçən ay bu qanun layihəsini Konstitusiya Məhkəməsi təsdiqlədiyi üçün mühafizəkar mövqeli prezidentin çıxış yolu qalmayıb.
Qanun layihəsini parlamentdə üstünlük təşkil edən və hökumətə başçılıq edən sosialistlər hazırlayıb. Sosialist baş nazir Sokrateş bu qanunun ölkəni müasirləşdirəcəyini bəyan edib.
Bununla da Portuqaliya Avropada eyni cinslilərin evlənməsinə icazə verən 6-cı ölkə olub. Bundan əvvəl İspaniya, Niderland, Belçika, Norveç və İsveç analoji qanun qəbul edib. Yaxın vaxtlarda Almaniyanın da belə qanun qəbul etməsi gözlənilir.

1 Comments
MEN ESCINSEL DEYILEM.AMMA ESCINSELLERE PIS BAXMIRAM. AZERBAYCAN XALQI ESCINSELLERI QEBUL ETMEK ISTEMIR. AMMA BUTUN DUNYA BUNU QEBUL EDIB. BUTHUN DUNYA QEBUL EDIBSE DEMELI BIR BILDIKLERI VARDIR. TURKIYENIN SAYTARINDA ESCINSELLER HAQQINDA GENIS VE COX MARAQLI MELUMATLAR VERILIB. AZERBAYCANDA DA BELE BIR SAYTIN ACILMASINI COX ISTEYIREM.. ALDIGIM MELUMATA GORE ESCINSELLIK NE GUNAH, NE DEKI YASAK DEYIL.
ReplyDelete