
Polis aksiya zamanı Vilnüs sakinlərinin yumurta və pomidorla aksiya keçirilən küçəyə yaxınlaşmasına icazə verməyəcək
Litva polisi homoseksualistlərin paradına hazırlaşır.
Lent.az-ın “Litovskiy kuryer” qəzetinə istinadən verdiyi məlumata görə, məhkəmə hələ şənbə günü Vilnüsdə homoseksualistlərin nəzərdə tutulan paradına icazə verməyib.
Vilnüs polisinin rəhbəri Kyatutis Lançinskas jurnalistlərə açıqlamasında deyib ki, məhkəmə hələ yekun qərar verməsə də, polis situasiyaya hazır olmaq üçün homoseksualistlərin planlaşdırılan aksiyası ilə bağlı hazırlıq işləri aparır. 800 polis səfərbər olunub və aksiya zamanı əks tərəflərin toqquşmasına imkan verilməməyə çalışılacaq.
Polisə Vilnüs sakinlərinin homoseksualistlərin parada zamanı onlara atmaq üçün pomidor və yumurta toplaması barədə də məlumat daxil olub. Kyatutis Lançinskas bildirib ki, aksiyaya icazə verilərsə, Upes küçəsində saat 6:00-dan 16:00-dək avtomobillərin hərəkəti qadağan olunacaq. Onun sözlərinə görə, tək taxta parçası, daş və digər ağır predmetlər deyil, yumurta və pomidor da təhlükəlidir və polis aksiya zamanı digər insanların yumurta və pomidorla küçəyə yaxınlaşmasına icazə verməyəcək.
Paytaxt əhalisinin jurnalistləri homoseksualistlərdən fərqləndirməsi üçün artıq media işçilərinə narıncı gödəkcələr paylanıb. [ad#468x15]

0 Comments