Subscribe Us

Futbolçulara seks və şərab icazəsi

Argentina Futbol üzrə Argentina milli yığmasının oyunçuları Dünya Çempionatında sekslə məşğul ola və şərab da içə bilərlər.
“RİA Novosti” xəbər verir ki, komandanın həkimi Donato Valyani bu barədə məlumat verərək, söhbətin oyunçuların daimi tərəf müqabilləri ilə olan əlaqələrindən getdiyini vurğulayıb.

“Futbolçular çempionat ərzində həyat yoldaşları və sevgililəri ilə intim əlaqədə ola bilərlər.

Axı onlar Marsdan gəlməyiblər. Seks də normal həyatın bir hissəsidir. Ancaq bu o demək deyil ki, futbolçular kefi istədiyi adamlarla gecə saat 2-də şampan şərabı içə-içə əylənəcəklər”, - deyə həkim icazənin detallarını izah edib.

Post a Comment

0 Comments