Subscribe Us

Ehtirasın bitirdiyi məşhur siyasətçilər

Dəniz Baykaldan əvvəlki qalmaqallarsiyasetciler


Klinton "ölümdən dönüb", Berluskoni isə hələ də kef çəkir

Dünya siyasətində siyasətçilərin, prezidentlərin, baş nazirlərin, partiya liderlərinin ailədən kənar qadınlarla intim münasibətləri bir sensasiya olaraq daim gündəmdə olub. Mətbuat isə bu məsələləri gündəmdə saxlamaqla oxucunu marağını nəzərə alaraq dövriyyəliyini artırmaq məqsədi güdüb ki, bu, təbii hesab olunub. İki gün əvvəl Türkiyədə Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal partiyasından olan millət vəkili, əvvəllər isə katibəsi kimi çalışmış Nəsrin Baytokla yataq səhnələrinin internetdə yayılması səbəbindən istefa verdi. Hazırda Türkiyədə dartışılan bu olay əvvəllər müxtəlif ölkələrin siyasi həyatında, hətta prezidentlərin, baş nazirlərin, deputatların, qubernatorların istefası ilə nəticələnmiş bir fraqment olub.
Bu mənada oxucuların marağını nəzərə alaraq son 50 ildə dünya siyasi çapında baş verən analoji olayların bir qisminə işıq salmağa ehtiyac gördük.

Kennedi öndə gedir

Qadınlarla intim münasibətlərlə bağlı hansısa siyasətçidən söz düşəndə ilk növbədə ABŞ-nın sabiq prezidenti Con Kennedi xatırlanır. 1963-cü ildə qətlə yetirilən Kennedi müəmmalı şəkildə dünyasını dəyişən məşhur aktrisa Merilin Monroyla, hazırda 78 yaşı olan aktrisa Ancie Diskinsonla, danimarkalı jurnalist İnqa Ervadla, striptizçi Blaze Starla, dövrün önəmli italyan əsilli mafiozu Sem Giancananın sevgilisi Fiddlelle, Ağ Evin katibələri Priscillia Veir və Cill Covan ilə intim həyat yaşamışdır. Bildirildiyinə görə, sabiq prezidentin yalnız Monro ilə əlaqələrinin xatirələrdə qalmasının iki səbəbi var. Birincisi, məşhur aktrisanın gözəlliyidirsə, ikincisi prezidentin münasibətləri gizli saxlamaq bacarığının olmasıdır. Analoji həyatı Kennedi qardaşlarından Ted də yaşayıb və hətta bu yaşam bir qadının ölümünə səbəb olub. 1969-cu ildə bir qonaqlıqdan sərxoş şəkildə çıxan Ted Kennedi avtomobilində Meri Jone Kopecine ilə körpüdən aşaraq çaya düşür. O zaman əksəriyyət Kennedinin Merini hotelə apardığını düşündüyü halda, sonradan məlum olub ki, xanım çayda boğulub.
Ancaq dəhşətli məqam ondadır ki, sudan çıxan Kennedi heç nə olmamış kimi otelə dönüb yatır. Olaydan 9 saat sonra vəkili birgə polisə gedərək baş verənləri nəql edib. Buna görə Ted Merinin ailəsinə 85 min dollar təzminat ödəməklə məsuliyyətdən qurtulub. Amma mərhumənin anası “bir dəfə üzr dilədiyini xatırlamıram” açıqlamasını verərək Kennedini suçlayıb.

Klintonun Monika Livinski qalmaqalı

Bu yöndə son 15 ilin ən qalmaqallı hadisəsi Ağ Evin “balıq ətli” ayaması ilə tanınan Monika Livinski ilə prezident Bill Klintonun 1998-ci ildə üzə çıxan yataq səhnələridir. Hadisə az qala prezidentin istefası ilə nəticələnəcəkdi. Bu olayın dünya çapına çıxmasında Levinskinin rəfiqəsi Linda Trippin prezidentlə telefon danışıqlarını köhnə apelyasiya məhkəməsinin mühakiməçisi Kennet Starra göndərməsi olub. Bundan sonra siyasi səhnəsində Monika Livinski adı məşhurlaşdı.

Konqresmen polisə sevişmək üçün rüşvət təklif edib

Ən gülməli və “əxlaqdan kənar” hadisə hesab edilən olay isə Konqresin keçmiş respublikaçı üzvü Lerri Çraiqin 2007-ci ildə Minneapolisdəki Paul Beynəlxalq Hava Limanının ayaqyolunda bir polisə onunla cinsi əlaqədə olması üçün rüşvət təklif etməsi olub. Ancaq polis bu təklifə görə onu həbs edib. 2008-ci ildə “Nyu-York Time” qəzeti eyni adlı şəhərin qubernatoru Spitzerin qadın ticarəti edənlərin müştərisi olduğunu yazandan sonra o, istefaya gedib. Xəbərdə bildirilirdi ki, qubernator Eşlihey Dupre adlı müğənninin saatına min dollar ödəyirmiş. Sabiq qubernator qadın ticarəti şirkətinə bir neçə ildə 80 min dollar xərcləyib. Ümumiyyətlə, ABŞ-da bu cür hadisələr tez-tez baş verir.

«Dadını çıxar başqan..»

Ən qalmaqallı olay İtaliyanın Lazio şəhərinin qubernatoru Piero Marazzinin Nataliya adlı transseksualdan narkotik alaraq birgə əlaqədə olmasıdır. Onların birgə əlaqəsini 4 polis video lentə alıbmış. İtaliyanın baş naziri Berluskoninin qadınlarla ilişgiləri o həddə çatıb ki, Patrizia D Addario “Dadını çıxar başkan” adlı kitab yazıb. Müəllif kitabında özü də daxil olmaqla baş nazirin 20 gənc qızla çılpaq səhnələri yer alıb. Hətta Patrizio baş nazirin onu Putindən aldığını iddia edib. Cənubi Avstraliyanın baş naziri Mike Rann parlamentin yeməkxanasının ofisiantı Miçhelle Şanteliosla iş otağının masası üzərində sevişirmiş.

"Bizim Yol" qəzeti

Post a Comment

0 Comments