
«Bismilləh, Allahummə cənnibnə əş-şeytan, və cənnib əş-şeytanə mə rəzaqtənə (Allahın adı ilə, Allahım, bizi şeytandan uzaq elə. Şeytanı bizdən törənənlərdən uzaq elə!)».
Peyğəmbər (s.a.s) demişdir:
«Bu duanı oxuyan kimsəyə Allah bir uşaq verərsə, şeytan o uşağa heç bir zərər yetirə bilməz».
Əlaqə necə olur:
Kişi, qadının cinsiyyət üzvündən (uşağın gəldiyi yerdən) olmaq üzrə istədiyi şəkildə xanımı ilə cinsi əlaqədə ola bilər.
Allah təala buyurur: «QADINLARINIZ SIZIN (ÖVLAD ƏKDIYINIZ)
TARLANIZDIR. Öz TARLANIZA HANSI TƏRƏFDƏN İSTƏYIRSİNİZ
GIRIN» (əl-Bəqərə, 223). «Hansı tərəfdən istəyirsiniz», yəni üz üstə, arxası üstə, yan üstə və s. vəziyyətlərdə. (Hansı şəkildə olursa-olsun, əlaqə cinsiyyət üzvündən olmalıdır). Bu barədə hədis çoxdur. İkisilə kifayətlənək:
BİRİNCİ: Cabirin (radiallahu anhu — Allah ondan razı olsun! — bundan sonra: r.a) hədisi: «Yəhudilər deyərdilər: Əgər kişi öz arvadı ilə arxa tərəfdən onun qabağı ilə olmaqla əlaqəyə girsə, doğulan oğul daha güclu olur. Bu ayə nazil oldu: «QADINLARINIZ
SİZİN (ÖVLAD ƏKDİYİNİZ) TARLANIZDIR. ÖZ TARLANIZA HANSI TƏ-
RƏFDƏN İSTƏYİRSİNIZ GİRİN» (əl-Bəqərə, 223). Peyğəmbər (s.a.s) demişdir: «Qabaqdan olsun, arxadan olsun. Əlaqə yalnız fərcdə (qadının cinsiyyət uzvu — tərc.) olmalıdır».
İkinci: İbn Abbasın hədisi:
«Bir məhəllədə ənsarlar yaşayırdılar. Onlar hələ butpərəst idilər. Qonşu məhəllədə yəhudilər yaşayırdılar. Onlar kitab əhli idilər. Özlərini qonşularından daha çox bilikli göstərirdilər. Öz adət və ənənələrinə çox sadiq qalmışdılar. Kitab əhlinə olan göstərişlərdən biri də bu idi ki, qadınlarla yan tərəfdən əlaqədə olsunlar. Bu cur qadın daha örtulu olur. Ənsarlar da bu adəti qəbul etmişdilər. Qüreyşlilər qadınlarla ənsarlar üçun məqbul olmayan bir şəkildə əlaqəyə girirdilər. Onlarla qabaqdan, arxadan və arxası üstə uzanmış vəziyyətdə əlaqədə olurdular. Mühacirlər Mədinəyə gələndən sonra onlardan biri ənsarlardan olan bir qadınla evlənir. Onunla deyildiyi kimi əlaqədə olurdu. Lakin qadın bunu rədd edib dedi:
— Biz yan tərəfdən əlaqədə oluruq. Ya sən də belə elə, ya da aralanaq.
Bu iş böyudu. Xəbər gedib Peyğəmbərə (s.a.s) çatdı. Allah nazil etdi: «QADINLARINIZ SİZİN (ÖVLAD ƏKDİYİNİZ) TARLANIZDIR. ÖZ
TARLANIZA HANSI TƏRƏFDƏN İSTƏYİRSİNİZ GİRİN» (ƏL-Bəqərə, 223).
Yəni qabaqdan, arxadan və arxası üstə uzanmış halda. Bununla uşaq doğulan yer nəzərdə tutulur.[ad#468x15]

0 Comments