
İtaliyanın Treviso əyalətinin Mogliano şəhərində yol kənarlarına yeni yol işarəsini bildirən lövhələr basdırılıb.
“Daily Mail” qəzetinin verdiyi məlumata görə, bu yol işarəsində italyanca “Diqqət, fahişə!” sözləri yazılıb.
İşarədə mini ətəkli və yüksək dabanlı paltar geyinmiş qadın təsviri var. Mogliano Bələdiyyəsinin sədri Giovanni Azzolini bildirib ki, buna qədər yol kənarlarına sürücülərin yollarda hərəkət zamanı ehtiyatlı olmaları üçün “Diqqət, uşaqlar!”, “Diqqət, heyvanlar!” sözləri yazılmış işarələr qoyulub. Onun sözlərinə görə, hava qaraldıqdan sonra şəhərin qələbəlik küçələrini fahişələr və transseksuallar bürüyür və polis onlarla mübarizədə ciddi nəticə əldə edə bilmir. Ona görə bələdiyyə sədri belə işarələrin hazırlanaraq yol kənarında basdırılması təşəbbüsünü irəli sürüb və bunu gerçəkləşdirib.
Giovanni Azzoli deyib ki, problem səbr sərhədini çoxdan aşıb: “Sürücülər bu fahişələri və transseksualları görəndə diqqətləri dağılırdı və buna görə də bəzi qəzalar baş verib. Bu işarələrin də sürücülərin diqqətini yayındıracağı barədə deyilənlər əsaslı deyil. Diqqəti dağıdan, qəzaya səbəb olan və qəza qurbanı olanlar qaranlıq düşən kimi küçələrə çıxan fahişə və transsseksuallardır”.
lent.az

0 Comments