Subscribe Us

150 min qadın eyni anda soyunacaq!

“Zəlzələni 26 apreldə testdən keçirəcəyik!”soyunmaq

Ötən həftə iranlı din xadiminin zəlzələlərin səbəbinin qadınların açıq-saçıq geyinməsi olduğunu söyləməsinə bu gün orijinal cavab veriləcək.

BBC-nin verdiyi məlumata görə, ABŞ-da qadın hərəkatının fəal nümayəndələrindən olan Jennifer McCreight “Facebook”da "boobquake" (sinə zəlzələsi) adlı bir qrup yaradıb.

O bildirib ki, bu gün 150 min qadın eyni anda soyunaraq iranlı din xadiminin bəyanatına etirazlarını ortaya qoyacaq. Jennifer McCreightin “Facebook”da açdığı səhifəyə bu ana qədər 40 min 794 qadın üzv olub. Qadınlar sinələrini göstərən şəkilləri bu səhifəyə yerləşdirirlər.

26 apreli Dünya Köks Günü elan etmək istəyən Jennifer McCreightin şüarı da orijinaldır: “Zəlzələni 26 apreldə testdən keçirəcəyik!”.

Post a Comment

0 Comments