
Rəcəb Akdağ: “Homoseksual evliliyə bir az da insan azadlıqları prizmasından baxmağımız lazımdır”
Türkiyənin qadın və ailə naziri Selma Aliye Kafav homoseksualların evliliyinə münasibət bildirib.
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, Selma Aliyə Kafav deyib ki, homoseksuallıq xəstəlikdir, müalicə olunmalıdır.
Ancaq Nazirlər Kabinetinin digər üzvü, səhiyyə naziri Rəcəb Akdağ həmkarının homoseksualları “xəstə” adlandırmasına sərt reaksiya verib. O deyib ki, Türkiyədə homoseksual kimi yaşamaq çətindir: “Türkiyədə mədəniyyət və ailə quruluşu bu durumdakı insanların qarşısına daha böyük çətinliklər çıxarır. Təbii ki, cəmiyyət mülayim, insaflı olmalı, diskriminasiyaya yol verməməlidir. Homoseksualların evlənməsi ilə bağlı fikirlər də ortaya atıldı. Düzdür, homoseksual evlilikləri indi Türkiyə cəmiyyəti qəbul edəcək durumda deyil, ancaq bu məsələyə bir az da insan azadlıqları prizmasından baxmaq lazımdır”.
Səhiyyə naziri onu da vurğulayıb ki, uşaqların cinsi kimliklərinin formalaşması və cinsi tərbiyəsi üçün gərəkənlər edilməlidir.

0 Comments