
İtaliyanın Paduya şəhərində yaşayan tələbə qız bakirəliyini İran prezidenti Mahmud Əhmədinejada bağışlamaq istəyir. Lent.az-ın “Corriere della Sera” qəzetinə istinadən verdiyi məlumata görə, o, Əhmədinejad barəsində “Mən niyə görə onu arzu etdiyimi sizə izah edərəm” adlı kitab yazıb. Artıq kitab hadisəyə çevrilib.
Ədəbiyyat bölməsinin birinci kurs tələbəsi Silviya Valerio seçimini belə izah edir: “İran prezidenti məni ona görə cəlb edir ki, o, kompromis rejimlə assosiasiya olunmur, onun ağzından “hüquq”, “ləyaqət”, “yardım”, “sülh”, “sakitlik”, “azadlıq” kimi sözlər çıxmır. O, bizim dövrün sonuncu “kafiridir”, Xolokostu rədd edir, atom bombasından istifadə üzərində düşünür, müxalifəti əzir, Amerikanı hədələyir, qadınlara başı açıq şəkildə küçəyə çıxmağı qadağan edir, bütün rənglərdən və sosial vəziyyətlərdən olan insanların narazı üz ifadələrinə saymazyana gülümsəmə ilə cavab verir”. Silviya Valerio ultramühafizəkar Əhmədinejadı ehtiraslı hesab edir.
Tələbə qız bildirib ki, onun kitabı və bəyanatı provokasiya deyil: “Mən provokasiyaya getmək istəsəydim, bin Ladeni seçərdim. Amma mənə Əhmədinejad daha çox xoş gəlir və ona bakirəliyimi bağışlamaq istəyirəm”. 19 yaşlı qız İran prezidentini faşist adlandıranlara qəzəblənir. O bildirir ki, eyni mövqedən çıxış edərək Makedoniyalı İskəndəri, Tiberini, Kaliqulanı, Neronu və digər tarixi şəxsləri də faşist hesab etmək olar.
Silviya seçiminə bəraət qazandırmaq üçün italiyalı kişilərdən məyus olduğunu bildirib. Tələbə qız Əhmədinejadın İranda qadın yazarlara dözümsüz yanaşdığı barədə sualına da cavab verib: “Mən yazıçı olmayacağam. Kədər hissi olmayan ölkədə yazıçılıqdan imtina etmək də olar”. O, hicab taxmağa da hazırdır və qadınların hansı səbəbdən daha ciddi problemlər olduğu zaman baş örtüyünə etiraz etdiklərini anlamır: “Bəs ayaqlarım? Ayaqlarım ancaq onun üçündür. Başqa hər şey onun üçün olduğu kimi. Cənab prezident, mən bunu Sizə bağışlayıram...”
lent.az

0 Comments