
Martın 26-da ANS TV-də yayımlanan “Günəbaxan” verilişində aparıcı Turan İbrahimovun əyninə geyinərək canlı efirə çıxdığı mayka ingilis dilini bilən tamaşaçıları şoka salıb. Aparıcının əynində “İf you want more, just be my WHORE” yazılmış köynək olub. Bu, Azərbaycan dilində “Əgər çox istəyirsənsə, sadəcə fahişəm ol” deməkdir.
Qeyd edək ki, veriliş zamanı studiyada olan çoxsaylı auditoriya arasında yaşlı insanlar, gənc qız və oğlanlar, hətta baş örtülü qadınlar olub.
Saat 10.00-da başlayan verilişin təxminən bir saatı keçəndən sonra Turan İbrahimov efirdə köynəyinin sinəsini əlləri ilə örtməyə məcbur olub. Lent.az-ın əməkdaşı telekanala zəng edib. Özünü təqdim etməyən telekanal əməkdaşı bu barədə prodüserlə danışıb açıqlama verəcəyini deyib. Yalnız bundan sonra, saat 11.23-də reklam çarxının ardınca Turan həmin qalmaqallı köynəyin üstündən yüngül yaz geyimi geyinərək, yazıların üstünü örtüb.
O, “millət mənim maykamdan danışırdı, ona görə də bunu üstdən geyindim. Əslində bunu isti olduğu üçün çıxarmışdım efirdə” deyib. Daha sonra isə o, tamamilə yersiz olsa da, Molla Nəsrəddinin uzunqulaq barədə məşhur lətifələrindən birini danışıb. Molla Nəsrəddin lətifənin sonunda uzunqulağı boynuna mindirir. Lətifəni danışıb qurtardıqdan sonra Turan İbrahimov “Gərək bu millətin ağzını yummaqdan ötrü uzunqulağı boynuna mindirəsən” deyib.
Yeri gəlmişkən, aparıcı Turan İbrahimov özünü dindar, namaz qılan şəxs kimi təqdim edir. İmanlı müsəlmanın belə bir hərəkətə yol verməsi nə qədər təəccüblüdürsə, efirdə belə əxlaqsız ifadələrlə tamaşaçını təhqir etmək o qədər etik qaydalara ziddir..[ad#468x15]

1 Comments
turan hara efir hara? heyfki səviyyə MƏDƏNİYYƏT bazarda satılaN ŞEY DEYİL
ReplyDelete