
Tanınmış pop ulduzu Elton Conu öldürmək istəyən şəxs həbs olunub.
Lent.az-ın “Ria-Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, abort əleyhinə hərəkatın aktiv üzvlərindən olan Nil Xorsli bununla bağlı internetdə videoyazı yerləşdirib.
Nil Xorslini qəzəbləndirən özü də homoseksual olan Elton Conun az əvvəl İsa peyğəmbərin homoseksual olması barədə söylədikləridir. Nil Xorsli internetdə “Elton Con nə üçün ölməlidir?” başlıqlı rolik yerləşdirib.
Hazırda həbsxanada olan Nil Xorsli azadlığa çıxmaq üçün 40 min dollar girov qoymalıdır.

0 Comments