Subscribe Us

Günay Musayeva: Azərbaycanlı kişi ilə ailə qurmayacağam

“Məşhur müğənnimiz Türkiyədə özünü nazir arvadı kimi təqdim edib”Gunay

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayevanın Lent.az-a eksklüziv müsahibəsi

- Günay, sən Türkiyədə daha populyarsan, açığı elə biz də səni Türkiyə mətbuatından tanıdıq. Karyerana Azərbaycanda başlamışdın, yoxsa orda tanındın?

- Mən 2007-dən Türkiyədəyəm. Getdiyim gündən orda tanınmağa, ekrana çıxmağa başladım. İlk əvvəl model agentliklərini biri ilə müqavilə imzaladım. Ondan sonra 2008-də Maltaya getdim, 60 ölkə içində “Miss world bikini” seçildim, dərəcə aldım. Həmin müsabiqədə Azərbaycanı təmsil edirdim. Bu təbii ki, Türkiyədə daha populyar olmağıma, kanallara çıxmağıma vasitə oldu. Türkiyədə çox mötəbər model agentliyi ilə işləməyə başladım. Bu agentlik Rafaelo Ferrarini məşhur edən bir müəssisisə idi. Burada məni menecer, yardımçı evlə təmin etdilər.

Ən populyar – “KanalD” , “Star”, “Show”, “Fox”, Kanal1” və daha neçə kanallara çağırıldım. Mətbuatın diqqət mərkəzində oldum, özəl açılışlara qatıldım. 2009-da isə “Miss World bikini”də dünya üçüncüsü oldum. Bu müsabiqə isə Maltada keçirilirdi. Orada da Azərbaycanı təmsil etdim. Bizdən belə müsabiqələrə qatılanların sayı azdır. Mənim üçün əlbəttə ki, Türkiyə yox, Azərbaycanın üçüncü olması sevindirici idi. Mən orda Qarabağ xanımının geyimi ilə səhnəyə çıxıb mükafatı aldım. Təbii ki, geri qayıtdıqdan sonra işlərimi daha yaxşı oldu.

- Yaxşı nəticəsi nə oldu?

- Televiziya kanalından təklif aldım. Bu, moda kanalıdır - “World Beauty Channel”. Eyni vaxtda üç proqrama dəvət aldım - biri maqazin proqramı idi, digəri ünlülərlə söhbət, biri də moda aləmi ilə bağlı... Daha sonra “Best model of Turkey” və “İstanbul FM müzik ödülləri”ndə aparıcılıq etdim. Başqa nə deyim?

- Məsələn, Azərbaycandan gedib Türkiyədə fəaliyyət göstərməyə çalışan bir çox sənətçilərdən danış. Sadaladıqların göstərir ki, azərbaycanlı orda uğur əldə edə bilər. Niyə bu uğura onlar nail ola bilmirlər?

- Nəinki Türkiyədə, Milanda da uğurlarım oldu. Modelyer Pradanın dəfiləsinə çıxmaq balaca iş deyildi. Maltada fransız modelyeri Katalinin dəfiləsinə çıxdım...

Düzdü, bizdən çox müğənnilər gedir. Amma inciməyin, hərdən mən sizin saytınızı oxuyub onların müsahibələrini eşidəndə gülməyim gəlir. Bizdən orda yalnız və yalnız Məlahət Abbasova və Azəri Günel məşhurdur. 2006-da ildə isə Zeynəb xanımın konserti ajiortaj yaratmışdı.

- Bəzən oradan gələn bəzi sənət adamları həmkarlarının “məziyyət”lərindən “ürəkağrısı” ilə danışır.

- Hə... “Ay getdik ora... bu verilişə çıxdıq” (gülür). Çoxundan xəbərim var ki, gəlib pal-paltar alır. Bu eşitdiklərim yox, gördüklərimdi. Mən maqazini sizin saytdan təqib edirəm və o məşhurların danışdıqlarına gülürəm.

Bizim müğənni xanımları da proqramlara çıxarmağı çox istəmişəm, dəfələrlə dostluq əlaqələrimdən istifadə etmişəm. Bir dəfə bir müğənninin şəkilini maqazin proqramında işləyən dostlarıma göstərib ondan reportaj hazırlamasını istədim. Onlar hələ rəsmi görəndə sonra mənə dedilər ki, “incimə, bu mümkün deyil”...

Bəzən özlərini oranın ən məşhur aktyorları ilə müqayisə edirlər. Türk mətbuat nümayəndələri də gülə-gülə bunu deyəndə mən təsirlənirəm...

Bir müğənnimiz isə... Orada “Kanal1” televiziya kanalına çıxmışdı. Adını çəkməyəcəm, çünki həqiqətən Azərbaycanda sevilən, nüfuzlu xanımdı. İllərdi sənətlə məşğuldur, sözünü deyib. Bu müğənni özünü türk proqramında “bakan karısı”, yəni nazirin həyat yoldaşı kimi təqdim edib.

Mən bu sözü eşidəndə heyrətə düşdüm. Axı sən bu sözü necə dilinə gətirirsən? Məşhur müğənnimiz Türkiyədə özünü nazir arvadı kimi təqdim edib...

- Bəs o jurnalist bu sözə inandı?

- Yox, o şübhələndiyi üçün məndən soruşdu ki, bu “bakanın karısıdı”? Bir neçə proqrama çıxdı. Orada da loru dildə “qurban olum mənə qulaq asın” deyilən şəkildə çıxdı.

O xanım Türkiyədə Seda Sayanın proqramında “Beni də dinləyin” rubrikasında iştirak etmişdi. “Kanal 1”in işçiləri bunu mənə deyəndə, cavab tapmaqda çətinlik çəkdim...

Müğənnilərimizin belə hərəkətinə axı ehtiyac yoxdur! O boyda Azərbaycan mədəniyyəti, özlərinin istedadları var.

Bir dəfə isə başqa bir müğənninin verilişə çıxması üçün tanışımdan xahiş etdim. Mən axşamdan dedim ki, səhər sən bu verilişə çıxacaqsan. Həmin xanım səhər 6-ya kimi əyləndi, yatmadı. Canlı efirin başlamasına az qalıb, saat 11-də veriliş başlamalıdı, bizim müğənni isə hələ də yatır. Təbii ki, məsuliyyətsizlik! Təsəvvür edin ki, türklərin heç tanımadıqları müğənniyə kömək etmişəm, məsuliyyətsizcəsinə yatıb...

Kanal işçisi inanın ki dəhşətə gəlmişdi: “Bumu sizin sanatçi? Verilişə 20 dəqiqə qalıb, bu nə vaxt oyanacaq, süslənəcək, verilişə gələcək?”...

- Deyilənə görə, Türkiyənin bizim müğənniləri istəmir, qəbul etmir. Amma nə əcəb modellərin tanınması asandır?

- Modellərdə belə hal yoxdur. Həmkarlarım hətta məni istəməsələr belə, taniyir, qəbul edirlər. Çünki onlara gəlir üçün professionalla işləmək lazımdır. Əsas firmalar yad manekenlər tələb edirlər. Türk modelləri daha kök və şıltaq olur. Orda yüzlərlə moda agentlikləri var. Lakin şirkət xərc qoyub yad modellər gətirir. Firmalar kataloq çəkimləri üçün yabançı üzlər axtarır. Müğənni yox, model qəbul olunur.

Mən Türkiyənin məşhur adlarından təmənnasız dəstək aldım. Mən onların sayəsində hələ də ordayam.

Türkiyədə məni azərbaycanlılar da dəstəkləyir. Özüm Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Azərbaycanın Türkiyədəki baş konsulu Səyyad Aran sevimli müəllimim olub. Biz Türkiyədə də görüşürük. Birlikdə bir çox proqramlara çıxmışıq, bayraq olayında Səyyad müəllimlə siyasi proqramlara da çıxdıq. Bütün tədbirlərimi də Səyyad müəllim izləyir.

- Bəs qadın kimi, orda diqqət mərkəzində ola bilirsən?

- Əlbəttə. Gözəlliyin önəmi var, diqqət mərkəzində olursan, gözəl davranırsan. Ləvənt Özdəmir, Vahe Kılıçaslan kimi insanlar ilk gündən mənə dəstək oldular. Onlar xarici görünüşümə görə mənə qiymət verdilər, “sən çox populyar olacaqsan” dedilər.

- Yox, onu demirəm, şəxsi həyatını soruşuram!...

- Maraqlı sualdır (gülür). Ötən il çox populyar bir insanla adım anıldı, maqazin verilişlərində çəkildi, qəzetlər yazdı. Bu, onların iddiası idi. Düzdür, orada görüşdüyüm insan olub - o da populyar şəxs idi. Lakin təqdim edilən şəxs deyildi. İndi də o şəxslərlə gözəl dostluq münasibətim var.

Hər proqramdan sonra evlilik təklifi alıram. Onlar qadına daha çox diqqət yetirirlər, çox gözəl davranırlar. Çox diqqətcildirlər. Hər qadın da diqqəti sevir. Mən türk kişilərindən daha çox diqqət gördüm, nəinki Azərbaycan kişilərindən. Çünki çox sevdiyim insan da məhz türkdür...

- Yəni, azərbaycanlı kişi ilə ailə qurmayacaqsan...

- Yox. İnanmıram. İnsan sevdiyi insanla ailə qurmalıdır. Sevdiyim insan da mənim karyerama xələl gətirməməlidir. Azərbaycanda hansı kişi istəyər ki, xanımı maneken olsun. Bizdə hələ də belə şeylər qəbul olunmur. Orda isə hələ də dəstək olurlar.

Mən demirəm ki, bizim kişilər pisdir. Azərbaycan kişiləri də çox mərddirlər. Mənim azərbaycanlı bir dostum var ki... çox istəyirəm onu... Bakıya gələndə onunla mütləq görüşürəm.







[ad#468x15]

Lalə Yusifqızı

Post a Comment

9 Comments

  1. vallah dusunuram ki butun azarbaycan qadinlari sanin kimi yani gunay kimi olsa azarbaycan yuz faiz ucuruma yox batagliga gedib batar ayib olsun adini da rayonlu qoyub sonra oturub saharlilari pisdayirlar/ biyabrcilig ayag acib yeriyir hala ustalik odullandirirlar ar olsun azarbaycan namusuna/

    ReplyDelete
  2. Salam, deyilənlər doğrudur, son vaxtı səni görməmişdim, doğrudanda gozəlsən, gozəllər gozəli, sənə uğurlar. İstəmiyənlər özləri bilsin.

    ReplyDelete
  3. ne gundesen tisbaga cixdi qinindan qinini beyenmedi

    ReplyDelete
  4. onu deye bileremki her kesin oz fikiri oz yasam terzi var
    yaqinki gunel xanimda oz heyatini bele qurub bu onun fikiridi
    amma pis sey deyil .

    ReplyDelete
  5. Tovuz yetisdirib. Tekce onu bilirem ki, insan oz sevdiyi pesesinin, senetinin arxasinca gedende ugur qazanir. O da ugurunu bunda gorub. Biz ne deye bilerik?

    ReplyDelete
  6. kimse yazib ki, azerbaycanlia ere getmerem.Anlamir ki, azeri kiwilerinkinden temizi yoxdur.(gigienik cehetden)

    ReplyDelete
  7. BƏZƏMİSƏN BU GUNDUSƏN GUNAY SƏNİ GÖRSƏM SİŞDİYİM YERDƏ AYAQA DURMARAM XİYARƏ DODAQLARUN EŞƏY DODAQINA OXŞUYUR GÖT- GUNUNDƏSƏN QƏHBƏ ANAVU SİKİM SƏNİN QƏHBƏ QIZI GÖTUVU SİKİM SƏNİN ARIQ GÖTUVU BÖYKUVU SİKİM GED AMCIĞVUN TUKUN QIRX TİRİPİT QIZI TİRİPİT

    ReplyDelete