
G8 yığıncağına fahişə çağırmışlar
İtaliyada keçdiyimiz il təşkil edilən G8 zirvəsində partlayan seks skandalıyla əlaqədar yeni məlumatlar ortaya çıxdı
İş adamlarının İtaliya Baş naziri Silvio Berlusconinin bürokratı Bertolaso üçün bir seks partiyası təşkil etdiyi iddialarının ardından bu parti-yə dəvət etmək məqsədiylə təxmini 350 tele qızın işlədiyi bir 'seks xəttinin istifadə edildiyi ifadə edildi. Aralarında Rus, Ukraynalı, Venezuelalı, Braziliyalı və hətta İtalyan olduğu ifadə edilən qızlara 700 avroya qədər çatan ödəmə edildiyi açıqlandı.
Polisin ip uclarına dinləmələr telefon qeydləri və digər sənədlər vasitəsiylə çatdığı vurğulandı.
Hesabatda, Bertolasonun dünən nəzarətə alınan Romalı iş adamı Diyeqo Anemoneyə aid bir idman salonuna zaman zaman uğrayaraq, eskort qızlarla əlaqədə olduğu iddia edilmişdi. Tenderlərə qatılan iş adamlarının öz aralarındakı görüşmələrdə Bertolaso üçün seks partiyası tənzimləmə hazırlıqlarına və də Bertolasonun idman
mərkəzindən eskort qız tələbinə bağlı telefon qeydləri mətbuata sızmağa da başladı.
Cəmi 327 milyon avroluq xərcləmənin edildiyi G8 hazırlıqları sırasındakı sui-istifadələrə bağlı iddiada, dünən dörd adam nəzarətə alınarkən, 20 şübhəli haqqında da təhqiqat başladılmışdı.

1 Comments
ne yazim eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
ReplyDelete