
İslandiya parlamenti qadınların çılpaq rəqs etmələrini (striptiz) qadağan edib. “RUV” telekanalının verdiyi məlumata görə, 2 nəfər bitərəf qalmaqla, millət vəkilləri bu qərara səs veriblər.
Yarısı qadınlardan ibarət olan İslandiya parlamentində bu qərarın təşəbbüskarı millət vəkili Kolbrun Halldorsdottir olub. Kolbrun Halldorsdottir telekanala açıqlamasında deyib ki, qadınların satış vasitəsi kimi istifadəsi qəbul edilə bilməz.
Qeyd edək ki, İslandiyada liberal-sosial qüvvələr və qadın haqlarını müdafiə edən təşkilatlar nüfuzu ilə seçilirlər. Ekspertlər yaxın gələcəkdə liberalların mövqeyi güclənməkdə olan digər Avropa ölkələrində də analoji qərarların çıxarılacağı proqnozlaşdırırlar.

0 Comments