
Mağazanı Amstredamda yaşayan 20 yaşlı bir müsəlman açıb.
O bildirib ki, bu mağazanı açarkən yerli imamla məsləhətləşib. Həmin imam da Səudiyyə Ərəbistanında olan ilahiyyatçı ilə məsləhətləşib. İntim mağazanın sahibi deyib ki, islam nikahda seksual əlaqənin yaxşılaşmasına kömək etmək və tərbiyəsizliyə yol verməməklə seksual məhsulların satışına icazə verir.
O, müsəlmanların intim məhsullara ehtiyacı olduğunu və avropalıların müsəlman qadınlar barədə təsəvvürünü dəyişmək istədiyini də vurğulayıb: “İslam qadına çox hörmətlə yanaşır və qadına böyük məhəbbəti ifadə edir. Bizim mağazada qadın əsas yerdə olacaq”.
Qeyd edək ki, bu internet mağazada seksual oyuncaqlar, qoruyucular yoxdur. Hələ ki, mağazada yalnız krem, gel, maz, o cümlədən cinsi qabiliyyəti artıran “Viamax” satılır.

0 Comments