
Lent.az-ın “The Sun” qəzetinə istinadən məlumatına görə, Vanessa Terri ilə sevişməyə başlamazadan əvvəl komandanın başqa bir oyunçusu Ueyn Bridcin arvadı olub. Qalmaqal isə ondan başlayıb ki, bu fransız gözəlçə kapitan Terri ilə roman yaşadığı zamanda “aristokratlar”ın daha 4 oyunçusu ilə intim əlaqədə olub.
Perronselə yaxın mənbə bildirib ki, “Ueynin xəbəri var ki, o, “Çelsi”də Vanessa ilə yaxınlıq etmiş yeganə oyunçu deyil. Onu “bütün “Çelsi”nin qızı” da adlandırmaq olar. Terrini əldə edən vaxt artıq onun hesabında mini-futbol komandası var idi”.
“Çelsi”nin sahibi Roman Abramoviç Terrinin müdafiəsinə qalxıb. O, Terriyə bildirib ki, futbolçular üçün asan olmayan indiki zamanda ona lazımi dəstəyi verəcək.
Mətbuat isə hesab edir ki, bu qalmaqal Terrini İngiltərə yığmasındakı kapitan sarğısından məhrum edə bilər.
Terri isə tək kapitan sarğısını deyil, həm də həyat yoldaşını itirə bilər. Kapitanın xanımı valideynləri və uşaqları ilə birlikdə Dubaya yola düşüb. “Daily Mail” onun dostlarına istinadən bildirir ki, Toni boşanmağa hazırlaşır.

0 Comments