Subscribe Us

Seks söhbəti naziri kreslosundan etdi

2004-cü ildən İrlandiyanın müdafiə naziri postunu tutan Villi Odi istefa verib.Kabinet-bosh

Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, müdafiə nazirinin istefasına 2009-cu ildə jurnalistlərlə söhbəti səbəb olub.

Həmin vaxt Villi Odi Bələdiyyə Şurasının üzvü Morisa Kvinlivanı fahişəxanaların təşkilində günahlandırıb. Ancaq müdafiə nazirinin belə açıqlama verərkən fakta əsaslanmadığı üzə çıxıb və o, sərt tənqidlərlə üzləşib.

Jurnalistlər Villi Odinin söhbətinin qeydə alındığı kasetləri məhkəməyə də təhvil veriblər. Müdafiə naziri məhkəmədə bildirib ki, Morisa Kvinlivanın seks üçün təşkil olunan məkanlarla əlaqəsi barədə məlumatı ona bir polis zabiti verib. Ancaq o, həmin polis zabitinin adını açıqlamayıb. Sonradan Villi Odin səhvini etiraf edib və Morisa Kvinlivaya kompensasiya da ödəyib.

İstefasını şərh edən Villi Odi deyib ki, bu qalmaqal onun müdafiə naziri kimi bu mühüm struktura rəhbərlik etməsinə mane olduğu üçün belə bir qərar verib.

Post a Comment

0 Comments