
“Nobel” mükafatına layiq görülmüş türkiyəli yazar Orhan Pamuk özündən 19 yaş kiçik hindistanlı yazar Kiran Desai ilə eşq yaşadığını etiraf edib.
Lent.az-ın Türkiyənin “Vətən” qəzetinə istinadən verdiyi məlumata görə, Kiran Desai Orhan Pamukun ABŞ-ın Kolumbiya Universitetində dərs dediyi tələbələrdən biri olub və münasibətləri də elə universitetdən başlayıb.
Orhan Pamuk sevgisini “Məsumiyyət müzeyi” adlanan son romanının təqdimatı üçün səfərdə olduğu Hindistanda açıqlayıb. Sevgilisinin çox gözəl, ağıllı insan və böyük yazıçı olduğunu dilə gətirən Orhan Pamuk deyib ki, Hindistan Kiran Desai ilə qürur duymalıdır.
Qeyd edək ki, 1982-ci ildə evlənən, 2001-ci ildə evliliyinə son qoyan Orhan Pamukun 19 yaşlı qızı var. Onunla Kiran Desai arasında eşq yaşandığı barədə keçən ilin may ayında xəbər yayılıb. Kiran Desai Hindistanın tanınmış feminist yazarı Anita Desainin qızıdır.

0 Comments