
Bir çoxumuz yaşadığımız əlaqə haqqında düşünür, arada yaşadığımız duyğuların həqiqiliyini sorğulayırıq.
Ona duyduğunuz hisslər mövzusunda başınız qarışırsa sizin üçün hazırladığımız suallara nəzər salmanızı tövsiyə edirik. Bu suallara verdiyiniz səmimi cavablar sizi narahat edən suallara cavab tapmanıza köməkçi ola bilər edə bilər…
- Birlikdə olduğumu bir ‘adam' kimimi yoxsa bir ‘obyekt' kimimi görürəm?
Onunla çox yaraşıqlı olduğu üçün ya da sizi istədiyiniz filmlərə apardığı üçün çıxırsınızsa ona qarşı duyduğunuz şeyin sevgi olmadığını söyləyə bilərik. - Onunla öpüşmədən ya da sevişmədən bir gecə keçirmək istər idinizmi?
Cavabınız ‘xeyrdirsə o zaman onu həqiqətən sevmirsiniz. - Birlikdə yaxşı vaxt keçirirsinizmi?
Əgər onunla baş-başa yaxşı vaxt keçirə bilmir, əylənmək üçün hər vaxt başqa yoldaşlarınızı da çağırma ehtiyacı hiss edirsinizsə aranızda bir sevgi olmadığını söyləyə bilərik. - Onunla razılaşırsınızmı?
Çox dalaşır, çox qısqanclıq edir ya da bir-birinizi çox tənqid edirsinizsə diqqət yetirin aranızdakı şey sevgi olmaya bilər. - Gözünüz hələ çöldədimi?
Hələ bəziləriylə eşqbazlıq etmə əylənmək istəyiniz ona aşiq deyilsiniz deməkdir. - Ona qarşı dürüst və içdən ola bilirsinizmi?
Ona qarşı eqoist və səmimiyyətsiz bir tutum sərgiləyirsinizsə əlaqəniz mövzusunda diqqətli olmalısınız. - Sevgilinizi həyatınızın bir parçası olaraqmı görürsünüz?
Əgər cavabınız ‘bəlidirsə bu aranızda eşq olduğunu göstərir.

0 Comments