Subscribe Us

Ən seksual avtomobillər

seksual avto

Kanadanın “The Globe&Mail” dərgisi seks üçün ən əlverişli avtomobillərin siyahısını dərc edib.

Lent.az-ın xəbərinə görə, müəllif Endryu Klark mikroavtobuslar və 60-cı illərin böyük oturacağa malik universal avtomobillərini seks üçün ən əlverişli vasitə hesab edir. Müasir avtomobillərin əksəriyyətinin salonu dar olduğu üçün namünasibdir.

Rəy sorğusuna əsasən 18-29 yaşlı kanadalı kişilərin 36, qadınların isə 29 faizi avtomobildə sekslə məşğul olduğunu etiraf edib. Klarkın bildirdiyinə görə, Kanadada ictimai yerdə əxlaqsız hərəkət ciddi şəkildə cəzalandırılır. Lakin avtomobildə seks hərəkətə mane olmursa və insanların gözü qarşısında edilmirsə, “qəti qorxusu yoxdur”.

Müəllif hazırda istehsalda olan, seks üçün ən münasib 5 avtomobilin siyahısını da verib.

  1. Volvo V 70 (2009-cu il modeli). Salonda oturacaqlar rahat şəkildə açılır, döşək salaraq “fəaliyyət göstərmək” mümkündür.

  2. BMW X3. Yumşaq oturacaqlar və klimat kontrol çox gözəl ahəngdarlıq yaradır.

  3. Bentley Azure 2010. Yarım milyon dollarlıq avtomobildə “iş görmüş” hər iki cinsin nümayəndələri nəticədən razı qalıblar.

  4. Range Rover (2007-ci il modeli). Aylı gecədə təbiət qoynunda feyzyab olmaq üçün bu üstü açılan avtomobilin alternativi yoxdur.

  5. Range Rover (2010-cu il modeli). Ekspertin təbirincə, avtomobildə sekslə məşğul olmaq fikri olmayan insanlar yaxşı olardı ki, bu modeli almaq barədə də düşünməsinlər.


Vüqar Ələsgərov

Post a Comment

0 Comments