Subscribe Us

Mübariz Mənsimovun tədbirində erotik görüntü

Türkiyədə yaşayan azərbaycanlı milyarder Mübariz Mənsimovun sahibi olduğu “Pal FM” radiosunun təsis etdiyi “Musiqi hande-ateizimükafatı”nın təqdimetmə mərasimində daha bir maraqlı görüntü üzə çıxıb.

Lent.az-ın “gunes.com”a istinadən verdiyi məlumata görə, İstanbulun Çırağan Sarayındakı möhtəşəm mərasimə Türkiyənin ən seksual aktrisası Hande Ateizi mini yubka və sinəsi açıq halda gəlib. Aktrisa geydiyi və geyinmədiyi paltarları və müxtəlif hərəkətlərilə bütün diqqətləri öz üzərinə çəkib. O, hətta sinəsinin açıqlığı ilə bir masada əyləşdiyi məşhur müğənni Orhan Gəncəbayı da heyran qoyub.

Qeyd edək ki, mərasimə Mübariz Mənsimov şəxsən qatılıb.
Tədbir iştirakçıları arasında Türkiyənin mədəniyyət və turizm naziri Ərtuğrul Günay, Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov, İstanbuldakı baş konsulu Səyyad Aran, İstanbul valisi Müəmmər Gülər, keçmiş nazir Mehmet Ağar və başqaları olub.

Sənətçilərdən isə mərasimə Orhan Gəncəbay, Ajda Pekkan, Mahsun Kırmızıgül, Hande Ataizi, Atiye, Sıla və s. qatılıb.

Təqdim olunan mükafatlar “Pal FM”in dinləyiciləri tərəfindən seçilib.

Post a Comment

0 Comments