
Kişi və qadın cinsiyyət orqanlarının quruluşunun və vəzifəsinin yaşla əlaqədar bəzi xüsusiyyətləri
Kişinin və qadının həyatı bir neçə dövrə bölünür: ana bətnində inkişaf; uşaqlıq dövrü (doğulandan cinsi yetişmə dövrünə qədər); cinsiyetişkənlik keçid dövrü.
Ana bətnində inkişaf dövründə qızların və oğlanların xarici və daxili cinsiyyət sistemi yaranır və inkişaf edir.
Uşaqlıq dövrü. Doğulduğunun ilk günləri qız uşaqlarında cinsi kriz— uşaqlıq yolundan qanlı ifrazat, döş vəzilərin dəyişkənlik müşahidə oluna bilər. Sonralar bu hal keçib gedir və cinsiyyət sistemində nisbi sabitlik yaranır.
Daxili və xarici cinsiyyət orqanları tədricən inkişaf edir.
Oğlan uşaqlan doğulduqda, adətən, onların xayaların boşluğundan xayalığa enmiş vəziyyətdə olur. Bəzən bu proses bir qədər yubanır, xayaların ikisi də və ya onlardan biri qarın boşluğunda qalır. Belə vəziyyət müşahidə edildikdə mütləq həkimə müraciət etmək lazımdır. 6-7 yaşlarında oğlan uşaqlarının xayalarında prepu ertat böyümə müşahidə olunur. Bu dövr 9-10 yaşlarına qədər davam edir.
Cinsi yetişmə dövrü. Qız uşaqlarında bu 9-10 yaşından 15-16 yaşlarına qədər olur. Bu dövrdə cinsiyyət sistemi orqanlarının sürətli inkişafı baş verir. Uşaqlığın gövdəsi böyüyərək boyun hissəsini ötüb keçir, cinsiyyətin ikincili əlamətləri inkişaf edir. Bədən qadın Üçün xarakter şəklə düşür (çanağın nisbətən genişlənməsi, piy qatının budlardd, yançaqlarda qadın tipinə məxsus şəkildə toplanması, qoltuq və qasıq nahiyəsinin tüklənməsi, səsin dəyişməsi, döşlərin formalaşması, cinsiyyət orqanlarının yetişməsi və ovulyasiya (mayalanmaq qabiliyyəti olan yumurta hüceyrənin yumurtalıqdan ayrılması) başlayır.
Qızlarda 12-13 yaşlarında bir qayda olaraq müntəzəm aybaşı başlayır. Cinsi yetişkənlik dövründə həyat tərzinin düzgün qurulmaması inkişafda olan uşaq orqanizminə çox böyük mənfi təsir göstərir. Ona görə da bu dövrdə müxtəlif məslələlərin (məktəb, musiqi, idman və s), yuxunun, istirahətin, qidalanmanın yaşa uyğun rejimlə təşkil olunması vacibdir.
Qız uşağında döşlərin bəzən çox kiçik, bəzən çox böyük olması valideynlərin narahatlığına səbəb olur. Bilmək lazımdır ki, döşlərin böyük və ya kiçik olması toxumaların quruluşundan asılıdır. Oğlanlarda cinsi inkişaf dövrü bir qədər gec — 10-11 yaşlarından başlayır. Bu inkişaf xayaların və xarici cinsiyyət orqanlarının böyüməsi ilə müşayiət olunur. Sonrakı 3-4 il müddətində xayaların inkişafı ilə onların hasil etdikləri testosteron homronunun miqdarı da artır.
Bununla əlaqədar ikincili cinsi əlamətlər — qasıq nahiyəsində, qoltuqda tük örtüyü inkişaf edir. Təqribən elə bu vaxtlar üst dodaqda zəif tüklər (bığ) bitir. Çənə və döş nahiyəsində isə tüklər bir qədər gec, 15-16 yaşlarından sonra inkişaf edir. Bu zaman bədən qurulusunda kişiyə xas olan cəhətlər özünü göstərir. Kişi tipli əzələlər formalaşır, səsin tembri dəyişir.
Əgər qızlarda cinsi yetişkənlik birinci aybaşının menarxenin baş veməsilə müəyyən olunursa, oğlanlarda bu vəziyyət birinci pollyusiya ilə (spermatozoidlərin yeniyetmənin özündən asılı olmadan ifrazı) aydınlaşır. Pollyusiya çox vaxt gecə, yuxulu vəziyyətdə baş verir. O bəzən erotik yuxugörmələrlə əlaqədar olur. İlk pollyusiyalar adətən 15 yasından başlayır və ayda 1-3 cinsi, bəzən daha çox olur. Bu tamamilə normal prosesdir və valideynləri qorxutmamalıdır. Qızları birinci aybaşıya hazırlaşdırdıqları kimi, ata-ana eləcə də oğlan uşağlarını onlarda baş verəcək bu hal ilə tanış etməlidirlər. Bu zaman oğlan uşağını başa salınaq lazımdır ki, bu vəziyyətlə əlaqədar o, artıq öz hərəkətləri, davranışı ilə cəmiyyət qarşısında böyük cavabdehlik daşıyır.
Cinsi yetişkənlik dövründə mürəkkəb proseslər yalnız cinsiyyət orqanlarında deyil, bütün orqanizmdə gedir. Onun sinir sistemində, şüurunda böyük dəyişikliklər baş verir. Bu dövr cinsi yetişkənlik və bununla əlaqədar cinsi əlaqə və nəsil artımı fəaliyyətinin başlanğıcıdır.
Cinsi yetişkənlik dövrü xarici və daxili cinsiyyət orqanlarının yetişkənliyi və ikincilı cinsiyyət əlamətlərinin meydana çıxması ilə xarakterizə olunur. Qadınlarda cinslə əlaqədar dövr müntəzəm şəkildə və davamlı olur. Qadının həyatında bu dövr uzunmüddətlidir və 18-dən 45 yaşa qədər davam edir. Bu dövrün birinci yarısı qadını; seksual və uşaq doğma aktivliyinin ən çiçəklənən çağıdır. Elə buna görə gənc ər-arvad özlərinin uşaq törətmə problemlərini ailə həyatının birinci 10 ilində həll etməyə çalışmalıdırlar. Əlbəttə, daha gec dövrlərdə də uşağın doğulmasından imtina etmək lazım deyil, bunun üçün birinci 10 il daha məqsədə uyğun hesab olunur. Kişilərdə cinsiyyət yetişkənliyi qadınlara nisbətən daha uzun müddətlidir, çünki onlarda sperma hasil olunması. demək olar ki, həyatın sonuna qədər davam edir. Lakin çox qoca yaşlarında, əlbəttə, cinsi əlaqənin normal və keyfiyyətli şəkildə mümkün olmayacağı aydındır.
Keçid dövrü. Bu dövrdə (46-50 yaşda) qadınlarda aybaşı ya qeyri-müntəzəm olur və ya tamamilə kəsilir. Bu zaman uşaq doğma qabiliyyəti də azalır və bir qədər sonra tamamilə dayanır. Orqanizmdə baş verən hormonal və sinir sistemi pozğunluqları ilə əlaqədar olaraq qadın bu dövrdə (klimaks) özünü pis hiss edir, həkim köməyinə müraciət etmək lazım gəlir. Müəyyən müddətdən sonra bu vəziyyət keçib gedir. Bəzi qadınlarda klimakedan sonrakı dövrdə cinsi əlaqəyə həvəs (libido), hərislik daha da artır. Lakin bu uzun müddət davam etməyərək tədricən zəifləyir.
Bu cür vəziyyət eyni ilə kişilərdə (40-50 yaşlarında kişilərlə də kişi klimaksı) baş verir.
Qocalma dövrü. Qadınlarda bu dövr aybaşının tam aparması ilə başlayır. Yumurtalıqların və daxili orqanlarının geriyə inkişafı (involyusiya) baş verir. Xaricdən də qocalmanın bütün əlamətləri aydın görünür. Kişilərdə qocalma əlamətləri başlasa da sperma hasil olunması davam edir. Cinsi əlaqə qabiliyyətinin itirilməsini bu dövrün başlanğıcı hesab etmək olar. Lakın onu da qeyd etmək lazımdır ki. bəzən bu qabiliyyət daha gənc yaşlarında, alkoholizm, narkomaniya, müxtəlif xəstəliklərin nəticəsində də itirilə bilər. Kişi və qadının cinsi əlaqə fəaliyyətində müxtəlif səbəblərdən — sağlamlıq vəziyyətindən, hadalanmanın xüsusiyyətindən, sosial-məişət şəraitindən, iqlimdən və s. asılı olaraq qeyri-normallıqlar ola bilər.

0 Comments