Subscribe Us

İranlı homoseksualistlər Türkiyəyə sığınır!

Sensasiyalı reportaj hazırlanıbhomoseksual


“Washington Post” qəzeti Türkiyəyə sığınan iranlı mühacirlərdən yazıb və yazıda iranlı homoseksualistlərə xüsusi yer ayrılıb.

Lent.az-ın verdiyi məlumata görə, “Washington Post” qəzeti Türkiyədəki iranlı homoseksualistlərin şəkillərini də yayımlayıb.

İranda keçirilən son prezident seçkiləri müxalif fikirli insanların ölkədən axınını sürətləndirib. İrandan qaçanlar əsasən tələbələr, jurnalistlər, hüquq müdafiəçiləri, sənətçilər və homoseksualistlərdir. Bu insanlar İrandan kənara çıxmaq üçün onları sərhəddən qanunsuz keçirən dəstələrə minimum 1500 dollar ödəyiblər. Mətbu orqan keçən ilin iyunundan indiyə qədər 1356 iranlı müxalifətçinin və homoseksualın Türkiyəyə qaçdığını yazıb.

25 yaşlı iranlı homoseksual Hamid Safari qəzetə açıqlamasında deyib ki, Şərqi Avropa ölkələrinə keçmək istəyənləri həbs və ölkədən qovulmaq təhlükəsi gözləyir: “Ona görə də bizim kimilər iranlılardan viza istəməyən az sayda ölkələrdən biri olan Türkiyəyə üz tutur. Mahmud Əhmədinejad hakimiyyətə gələndən sonra İranda homoseksuallara təzyiq artıb”.

Qəzet Mahmud Əhmədinejad BMT Baş Assambleyasında çıxış edərkən İranda homoseksual olmadığını iddia edib. Hamid Safari bildirib ki, indi Mahmud Əhmədinejad söylədiklərinin doğru olduğunu göstərməyə çalışır və buna görə də homoseksualistlərə təzyiqlər artır.

Qəzet Türkiyəyə sığınmış Aida Saadağ adlı hüquq müdafiəçindən də müsahibə alıb və onun bu ölkədə çətin şəraitdə yaşadığını qeyd edib. Ancaq Türkiyədə də mühacirləri İran rejimi dinc qoymur, bu ölkənin casusları, agentura şəbəkəsi onlara təhdid xarakterli telefon zəngləri açır.

Qeyd edilib ki, Türkiyə mühacirləri daimi qəbul etmir. Mühacirlər öz hesablarına yaşamalı, Türkiyədə işləməməlidir. Qəzet yazıb ki, bu səbəbdən onların həyatı çətindir və onlar sənədləşmə işlərini 2 il ərzində başa çatdırıb, Kanada və ABŞ-a getməyi planlaşdırırlar.

Post a Comment

0 Comments