
Lent.az-ın “Rufomator” dərgisinə istinadən verdiyi məlumata görə, sorğu zamanı məlum olub ki, kişiləri əsasən onlayn-oyunlar, sosial şəbəkələr və “YouTube” saytındakı roliklər cəlb edir.
Kişilərin hər iki nəfərindən biri isə pornoqrafik məzmunlu materiallara baxır. Başqa sözlə, kişilərin 45 faizi belə materiallara baxdığını etiraf edib.
Porno həvəskarlarının 87 faizi porno saytlara baş çəkəndən sonra kompüterdə bunun izini təmizləməyə çalışır. Sorğuya qatılanların 1/3-i porno saytlara həvəslərini açıq şəkildə dilə gətirməkdən çəkinmədiyini bildirib.
Onlayn-oyunlar isə kişilər arasında daha populyardır. Kişilərin 65 faizi belə oyunların iştirakçısıdır. Sorğuya qatılan kişilərin 62 faizi boş vaxtlarını sosial şəbəkələrə sərf etdiyini də bildirib. 55 faiz “YouTube”da vide-çarxları izləyir.[ad#468x15]

0 Comments