Subscribe Us

Eurovision təmsilçisinin AIDS qalmaqalı

Nadya-Benaissa

Almaniyanın ən populyar musiqi qruplarından sayılan “No Angels”in (“Melek Deyilik”) üzvlərindən olan müğənni Nadya Benaissa barədə cinayət işi başlanılıb.

Lent.az-ın Almaniya mətbuatına istinadən məlumatına görə, buna səbəb HIV virusu daşıyıcısı olan Nadyanın bunu bildiyi halda 3 nəfərlə prezervativsiz cinsi əlaqəyə girməsidir.

İttihamnamədə 27 yaşlı Benaissanın HIV daşıdığını 1999-dan bu yana bildiyi, lakin buna baxmayaraq 2000-2004-cü illərdə 3 nəfərlə 5 dəfə cinsi əlaqədə olduğu aşkarlanıb.

Benaissanın birlikdə olduğu şəxslərə virus daşıyıcısı olduğunu söyləmədiyi müəyyənləşib.
Müğənni ilə cinsi əlaqədə olan 3 nəfərdən biri HIV-ə yoluxub.

Prokurorluğun açıqlamasına görə, ifaçı qorunmadan cinsi əlaqədə olmağın xəstəliyə yol açdığını bilirmiş. Alman müğənninin təqsiri sübuta yetirilsə, onu 6 ay ilə 10 il arasında həbs cəzası gözləyir.

2000-ci ildə Almaniyanın “RTL” kanalının düzənlədiyi “Popstar” müsabiqəsində qalib olan “No Angels” qrupu 2003-də dağılana qədər 5 milyon albom satıb.

Qrup 2007-də təkrar bir araya gələrək “Eurovision 2008” mahnı müsabiqəsində Almaniyanı təmsil edərək müsabiqənin sonuncusu olub.

Post a Comment

0 Comments