Dita Fon Tiz yenə şampan qədəhində çimdi
Amerika rəqqasəsi və aktrisası Dita Fon Tiz San-Remo şəhərində keçirilən İtalyan Mahnı Festivalında nəhəng şampan qədəhində özünün əsas striptiz nömrəsini göstərib.
Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı “çılğın kraliça”nı festivala tamaşa edən italyanlar və qonaqlar izləyiblər.
Qeyd edək ki, 60-cı İtalyan Mahnı Festivalı fevralın 16-da San-Remo şəhərindəki əfsanəvi “Ariston” teatrında start götürüb. Bu il festivalda “Qızıl palma” baş mükafatı uğrunda İtaliya musiqi səhnəsinin 15 veteranı və 10 gənc müğənni mübarizə aparır.
Festivalın açılışında Adriano Çelentano, Toto Kutunyo, Al Bano, Canni Morandi, Rikkardo Foli, Eros Ramazotti kimi ulduzlar iştirak edib.
[wp-imageflow2]

0 Comments